Tarix : 2019 Jan 25
Kod 57514

Azərbaycanın müstəqillik qazanmasından sonra İran-Azərbaycan münasibətləri

Demək olar ki, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi illərdən indiyə kimi İranla münasibətlərini zahirin qorunması və İranla ən az əlaqə üzərində tərif etmişdir.

AranNews – İran İslam Respublikası Türkiyə və Fransadan sonra Azərbaycan Respublikasının müstəqilliyini tanıyan üçüncü və bu yeni yaranmış respublikada səfirliyik açan ilk ölkə olmasına, öz münasibətlərini dərin zəngin dini, tarixi, mədəni və kök bağlılıqları əsasında qurmasına, dost və qardaş ölkə olaraq Azərbaycana hər hansı köməyi əsirgəməməsinə baxmayaraq, bütün bunların qarşısında bu ölkənin ilk prezidenti Əbülfəz Elçibəy İrana qarşı düşmənçilik siyasəti seçdi, İranı parçalamağa cəhd edən radikal millətçi qrupları dəstəklədi. Bunun nəticəsində İran və Azərbaycan Respublikası münasibətləri həmişə gərginlik yaşamalı oldu. Başqa sözlə, bu məsələlər iki qonşu ölkə arasındakı əlaqələrin güvənsizlik və bədbinlik əsasında qurulmasına səbəb oldu. Həmin mövzu Tehran-Bakı münasibətlərini enişli-yoxuşlu bir münasibətlərə çevirdi. Ona görə də demək olar ki, Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən indiyə kimi bu ölkə öz maraqlarını zahirin qorunması və İranla ən az münasibət üzərində tərif etmişdir. Elə bu məsələ də iki ölkə münasibətlərinin adi və normal prosesdə irəliləməməsi, bir növ soyuqluq və bədbinliklə yanaşı olmasına səbəb olmuşdur. Təəssüflər olsun ki, İran-Azərbaycan münasibətləri Azərbaycan Respublikasının müstəqllik əldə etdiyi illərdən indiyədək həmişə gərginliklə yanaşı olmuşdur və bu gərginliklər əsasən Azərbaycan Respublikasının onu öz maraqları üzərində tərif etməsindən mənşələnmişdir.İki qonşu ölkə olan İran və Azərbaycan münasibətlərində gərginliyin özünü göstərməsini ümumi bir təhlildə ortaq geopolitik bağlılıqları və strateji maraqları görməməzliyə vurmaqda təsvir etmək olar. Araşdırmalar göstərir ki, Azərbaycan dövlət adamlarının iki onillk müddətində İran qarşısında xarici siyasətləri təxribat və düşmənçilik mahiyyəti daşımışdır. Əlbəttə, İran tərəfdən də bu gərgin vəziyyətdən çıxış üçün elə də uyğun bir yanaşma və proqram ortaya qoyulmamışdır. Bu da münasibətlərin mürəkkəbliyini və soyuqluğu artırmış, fürsətlərin əldən çıxmasına, üçüncü tərəflərin, o cümlədən Amerika və sionist rejimin bundan suistifadə etmələrinə yol açmışdır.Bundan əlavə, iki ölkə xalqı arasında ortaq kimlik (şiəlik) olmasına baxmayaraq Azərbaycan dövləti İranın ideoloji oxu-şiə kimliyi qarşısında özü üçün sekular və türk millətçiliyi kimliyi ardıncadır. Bu məsələ də öz növbəsində Tehran-Bakı münasibətlərində qarşılıqlı olaraq mənfi fikir və geopolitik düşmənçilik yaratmışdır.

2001-ci ilədək hər iki tərəf bir-birinin qarşısında təhlükə yarada biləcək yanaşmalar seçməkdən uzaq durmağa, qırmızı xətti keçməməyə təlaş edirdi.İranda Haşimi Rəfsəncani və Xatəminin prezident olduqları dövrdə iki ölkə öz aralarındakı mövcud narazılıq və gərginliklərini bir növ gizlətməyə səy edirdi. Amma 2005-ci ildə İranda Əhmədinejadın hakimiyyətə gəlməsi və həmin dövrdə dünya azərbaycanlıları konqresinin keçirilməsi, onun ardınca İran rəsmilərinin buna etirazları, Tehranın Bakını öz coğrafiyasını İranın düşmənlərinin ixtiyarında qoyması, İran nüvə alimlərinin terror olunmasında Mosadla əməkdaşlıq etməkdə, sionist rejimlə münasibətlərini genişləndirməkdə, Bakının Təl-Əvivdən silah almasında, Eurovision mahnı müsabiqəsi keçirməsində günahlandırması, xalqın buna reaksiyası və Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında etirazları, İranın Bakıdakı səfirliyinin qarşısındakı etirazlar, iki ölkə səfirlərinin qarşılıqlı olaraq dəfələrlə çağırılması Tehran-Bakı münasibətlərini gərginləşdirdi.

Bu üzdən İran və Azərbaycan arasında simvolik bir münasibət hökm sürüb, Tehran-Bakı arasında ikitərəfli diplomatiya bəzi vaxtlar baş tutan bir sıra səfərlər, İran rəsmilərinin Bakıya səfəri və əməkdaşlıq sənədlərinin imzalanması ilə zahirdə aktiv olub. Lakin Azərbaycan dövlətinin İrana qarşı xarici siyasətlərindəki mahiyyət səbəbindən bu münasibətlər heç vaxt dərinləşməyib və İranın milli maraqları təmin olunmasına yol açılmayıb.İki ölkə arasında mədəni, tarixi, dini və digər otraqlıqlara baxmayaraq İran və Azərbaycan münasibətləri Haşimi Rəfsəncani, Xatəmi və Əhmədinejadın prezidentlik dövrlərində ürəkaçan səviyyədə olmayıb. İki onillikdən çox ötdüyü bir vaxtda iki ölkə münasibətləri aşkar və rəsmi ziddiyyət mərhələsinə çatmasa da, həmişə öz dərisi altında əsaslı ixtilafı nümayiş etdirmişdir.Ümumi olaraq demək olar ki, azəri başçılarının islamofobiyaya təkidləri, pantürkizm iddiaları, milliyyətçi fəaliyyətləri və ondan da önəmlisi işğalçı rejimlə geniş əlaqələri iki ölkə münasibətlərindəki eniş-yoxuşların və güvənsizliyinin əsas amilləri olmuşdur.

Əli Cahani




  • Yazılıb
  • da (də) 2019 Jan 25
  • Göndərən مدير سايت Aran News