Tarix : 2019 Jan 26
Kod 57520

“İnsanların vilayəti İmam Zamanın boynundadır” - Mərcei-təqlid müctəhidi

Təqlid mərcələrindən olan Ayətullah Ələvi Qorqani bu sözləri İranın Qum şəhərində təhsil alan xarici tələbələri qəbul edərkən deyib

Arannews-“Mütəal Allah 124 min peyğəmbəri bəşərin hidayəti üçün göndərdi. Onlar bəndəçilik vəzifəsini insanlara çatdırmalı idilər. Peyğəmbərlərin və imamların sözlərinə tabe olmalıyıq ki, Allahın bizdən istədiklərini bilək. Sonuncu Peyğəmbərlə birgə böyük kitab da nazil etdi və bununla da, səadətə çatmağın vilayət yoluna tabe olmaq olduğunu bizə çatdırdı. Allah Peyğəmbəri (s) insanların vəlisi və canişini olaraq təyin etdi və imam Əlinin (ə) də vilayət məqamında olduğunu insanlara çatdırmasını istədi.İlahi vilayəti izləməklə fəqihin vilayətinə çatırıq hansı ki, Allahın, Peyğəmbərin (s) və imam Əlinin (ə) vilayətidir. Hazırda bütün insanların vilayəti İmam Zamanın boynundadır və onun qeybət dövründə hidayət missiasını rəhbər həyata keçirir.”

Ayətullah Ələvi Qorqani

İslamazeri.com

  • Yazılıb
  • da (də) 2019 Jan 26
  • Göndərən مدير سايت Aran News