Tarix : 2019 Jan 26
Kod 57522

19 yanvar azərilərin kimliyini göstərən aydın güzgüdür-Təhlil

19 yanvar günü azərilər əməli surətdə göstərdilər ki, qiyamətə kimi heç kəs onları İslamdan və tarixi vətənindən ayıra bilməz. Bu gün Azərbaycan Respublikası təqvimində tarixi bir dönüş nöqtəsi olaraq qalacaq.

AranNews – 29 il bundan əvvəl 1368-ci günəş ilinin dey ayında və SSRİ hökumətinin sonlarında İran İslam Respublikası və SSRİ arasındakı sərhəddə böyük bir hadisə baş verdi və həmin gün əbədi olaraq tarixdə yaşayacaq.SSRİ-də sosialist quruluşunun dağılmağa başlaması ilə hökumətdə zəiflik yarandı və sərhədlərə nəzarət öz gücünü itirdi. SSRİ-nin çöküşünü hiss edən Azərbaycan Respublikasının dindar əhalisi İran sərhədlərinə tərəf axışdı. Onlar hər gün Araz çayı sahilinə gəlir, “Allahu Əkbər”, “La ilahə illəllah”, İran və iranlıya sevgi bildirən şüarlar verirdilər. Nəhayət, 1989-cu il yanvar ayının 19-da səhər saat 10-da rus sərhəd qüvvələri şiddətli izdihamın qarşısında geri çəkilməli oldu və müştaq azərilər bir böyük ordu kimi tikanlı məftillərdən keçərək İran torpağına daxil oldular.Bu hadisədə Azərbaycan Respublikası müsəlman xalqınn İran İslam İnqilabına sevgisi onların məscidlərə üz tutması, İmam Hüseyn (ə) bayrağını ziyarət etməsi və Qurani-kərim götürmələri ilə ən yüksək təcəllisini tapdı.Sözsüz ki, 70 il anti-din və anti-İran təbliğatına baxmayaraq öz əslini və kimliyini qoruyan, öz tarixi vətənini unutmayan xalq olduqca böyük və dəyərli bir iş görmüşdür. Bu heç vaxt unudulası deyil.İslam dininin daima vəsfedilməz cazibəsi olmuşdur. Digər dinlərin ardıcıllarının İslamı qəbul etmələrinin hər gün artması bu sözümüzə şahiddir. Son əsrdə aydın İslam dininin insanlıq təlimləri əsasında baş tutan inqilab yalnız İran İslam İnqilabıdır. Bu inqilab 1357 günəş ili bəhmən ayının 22-də (m. 1979-cu il 11 fevral) İmam Xomeyninin (r) rəhbərliyi ilə qələbə çaldı. İslam İnqilabı təkcə region müsəlmanlarını deyil, dünyanın bütün azadlıqsevərlərini özünə cəlb etdi.İslam İnqilabının təsiri sabiq SSRİ-nin İranla ortaq mədəniyyət və tarixə malik olan müsəlman ölkələrinin cəmiyyəti arasında daha çox oldu. Bu sevgi özünü 19 yanvarda daha parlaq göstərdi.19 yanvar günü azərilər əməli surətdə göstərdilər ki, qiyamətə kimi heç kəs onları İslamdan və tarixi vətənindən ayıra bilməz. Bu gün Azərbaycan Respublikası təqvimində tarixi bir dönüş nöqtəsi olaraq qalacaq. Ona görə də 19 yanvar “Dünya Müsəlman Azərbaycanlıları Günü” və azəri soyunun özünə qayıtması günü adlandırıldı. 19 yanvar günü azərilərin aydın bir güzgüsüdür. Hər kim azərilərin kimliyini tanımaq istəyirsə, bu günə müraciət etsin. Çünki azərilər 70 illik repressiya və anti-din təbliğatına baxmayaraq, İrana daxil olan kimi İmam Hüseyn (ə) bayrağına tərəf getdilər, yəni Aşuranı unutmuruq; Qurana tərəf getdilər, yəni vəhyi unutmuruq; məscidə tərəf getdilər, yəni bəndəlik və ibadət bizim əsas niyyətimizdir. Onlar İrana doğru axışdılar ki, öz əsillərini və tarixi vətənlərini unutmadıqlarını desinlər. Dünya azərbaycanlıları adına bir gün seçilməlidirsə, onu azlıq və ya qeyri-azərilər deyil,  azərilərin əksəriyyəti təyin etməlidir. Daha doğrusu, hər bir mühüm işdə hansısa qərarın qəbul edilməsi əksəriyyət tərəfindən olmalıdır.Ağıl hökm edir ki, İran və SSRİ arasında sərhədlərin müsəlman azərbaycanlılar vasitəsilə sındırıldığı gün Azərbaycan xalqının tarixində “Dünya Müsəlman Azərbaycanlıları” və azəri soyunun özünə qayıtması gün adlansın, tarixdə qeyd olunmaqla, hər il uca tutulsun.

Əli Cahani, Qafqaz məsələləri üzrə ekspert

  • Yazılıb
  • da (də) 2019 Jan 26
  • Göndərən مدير سايت Aran News