Tarix : 2019 Jan 27
Kod 57527

Qəzzə sakinləri fələstinli əsirlər ilə həmrəylik aksiyasında iştirak ediblər

İsrail zindanlarındakı fələstinli əsirlərə qarşı zorakılıqlar və işgəncələrin artması ilə son günlər Fələstinin müqavimət qrupları çoxsaylı aksiyalar təşkil edərək, fələstinli əsirlərə qarşı qanunsuz rəftarların durdurulmasını istəyiblər.
Arannews-Həqiqət QHT (Truth NGO) - İsrail rejiminin fələstinli əsirlərə qarşı zorakılıqları və terrorları davam edir. Fələstinli əsirlər İsrail zindanlarında amansız işgəncələrə məruz qalırlar. Fələstinli mübariz qruplar sionistlərin bu cinayətlərinə etiraz olaraq, Qəzzədə gecə yürüşü təşkil ediblər. Bu yürüşdə çıxış edənlər Fələstin müqavimətinin heç vaxt sionistlərin cinayətləri qarşısında sükut etməyəcəyini bildiriblər.Aksiya iştirakçılarından biri deyir: “Cinayətkar sionistlər fələstinli əsirlərə işgəncə verirlər. Biz bu yürüşdə iştirak edərək, İsrail zindanlarında Fələstin övladlarına verilən işgəncələri, onlara verilən zülm və zorakılıqları qınayırıq.”Bir başqa aksiya iştirakçısı isə deyir: “Fələstin müqavimətinin əsas hədəflərindən biri İsrailin zindanlarında olan fələstinli əsirlərin azad edilməsi və onların Qəzzəyə qaytarılmasıdır.”Bu yürüşdə iştirak edənlər əsirlərin məsələsini Fələstin xalqı üçün ən önəmli məsələlərdən biri adlandırıblar. Onlar, Fələstin xalqının əsirləri azad etmək üçün hər şeyini fəda etməyə hazır və sionist düşmənə qarşı yeganə təsirli mübarizə yolunun müqavimət olduğunu deyiblər.   Aksiya iştirakçılarından biri deyir: “Sionistlər fələstinli əsirləri azad etməlidirlər. Əks təqdirdə əsir alınan  hərbçilərini azad etməyəcəyik.”Bir başqa aksiya iştirakçısı deyir: “Əsir alınmış sionistlər fələstinli əsirlərin azad edilmədiyi zamana kimi sərbəst buraxılmayacaqlar. Biz üzərimizə düşən vəzifəyə əməl edir və bu məsələni tam qətiyyətlə izləyirik.”İnsan haqları təşkilatlarının sionistlərin əsiri olan fələstinlilərin hüquqlarını müdafiə üzrə təsirli bir addım ata bilməməsinin ardınca, müqavimət fələstinli əsirləri azad etmək üçün ciddi səylərə başlamasından xəbər verib.

  • Yazılıb
  • da (də) 2019 Jan 27
  • Göndərən مدير سايت Aran News