Tarix : 2019 Jan 27
Kod 57529

S.H. Nəsrullah: Sionist rejim Suriyada ağır məğlubiyyətə uğrayıb

Livan Hizbullahının baş katibi əl-Məyadin telekanalı ilə müsahibədə Müqavimət mehvərinin Suriyadakı son zəfərlərinə işarə edib. Bildirib ki, sionist rejim Suriyada ağır məğlubiyyətə uğrayıbdır.

Arannews-Seyid Həsən Nəsrullah belə qeyd edib: Suriya hazırda səkkiz il böhran boyunca ən yaxşı şəraitdədir.Livan Hizbullahının baş katibi həmçinin sionistlərin Livan sərhədlərindəki hərəkətlərinə toxunub: Livan əleyhinə ehtimal olunan hər cür savaşda bütün işğal olunmuş ərazilər döyüş meydanı olacaqdır.Gələcəkdə hər cür savaşa girmək üçün Hizbullah-ın yetərincə miqdarda dəqiq raketlərə malik olduğunu nəzərə çatdıran Seyid Həsən Nəsrullah əlavə edib: Livan müqaviməti sionist rejimin Livana və hətta Suriyaya qarşı hər cür təcavüzü və Hizbullah üzvlərini terror etməsinə kəskin reaksiya verəcəkdir.Livan Hizbullahının baş katibi Fələstin məsələsinə və “əsrin sövdələşməsi” adlı amerikan plana da toxunub: Heç bir fələstinli qrup bu plan ilə razılaşmayacaq və bu plan məğlubiyyətə məhkumdur.Seyid Həsən Nəsrullah yəmənlilərin təcavüzkar səud koalisiyası qarşısındakı müqavimətini də alqışlayıb və bildirib ki, bu müqavimət tədrisə və araşdırmaya layiqdir.Livan Hizbullahının baş katibi ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarına da işarə edib və belə vurğulayıb: Qırx ildir ki, Amerika və bütün dünya diktatorları İran İslam Respublikası qarşısında dayanıblar, amma heç bir iş görə bilməyiblər

  • Yazılıb
  • da (də) 2019 Jan 27
  • Göndərən مدير سايت Aran News