Tarix : 2019 Jan 28
Kod 57536

İslami təbliğat elə olmalıdır ki, gənclərin özü təbliğatçıya çevrilsin - Ayətullah Xamenei - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İranın İslami Təbliğat Komitəsinin məsul şəxsləri ilə görüşüb.

Aeannews_“Leader.ir” saytı xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei  gənclərin, tələbələrin və  mədəniyyət sahəsinə çalışanların əsas sual və düşüncə ehtiyaclarını təmin etməyi İslami Təbliğat Komitəsinin  önəmli öhdəliklərindən biri  olduğunu qeyd edib və  sosial şəbəkələrdə hərəkətverici çalışmaların və təbliğatın  patologiyasının  aparılması ilə bağlı tövsiyələrini veribAyətullah Xamenei deyib ki, İslami Təbliğat Komitəsi innovasiya və dini intellektual imkanlarından yararlanmalıdır.  “Bu gün  sıçrayışlı işlərin  görülməsi günüdür və  Qum Dini Elmi Hövzəsi  bu sahədə  yeni  baxış və istiqamətlərə ehtiyaclıdır.”İsalmi Təbliğat Komitəsinin  Dini Elmi Hövzədə geridə qalmış işlərə diqqət ayırmasını  və onları prioritet məsələlərə bölərək işlər görməsini tövsiyə edən Ayətullah Xamenei sosial şəbəkələrdə  təbliğat fəaliyyətlərinin artırılmasının zəruriliyini vurğulayıb. “Sosial şəbəkələrdə müxtəlif  qurumlar çalışır, lakin bu çalışmalar hərəkətverici  olmalıdır. Sosial şəbəkələrdən istifadə  təsiredici mədəni  fəallarla əlaqə yaratmaq və onların suallarını cavablandırmaq üçün ən yaxşı  vasitədir.”Ayətullah Xamenei gənclərin intellektual şübhələr və suallarını cavablandıracaq kitabların yazılması və nəşr edilməsinin zəruriliyini də vurğulayıb. "İslamçı işçilərin tədrisinin tərtibi",  “Təbliğat sahəsində aktiv olan digər qurumlarla şəbəkələşmə və əməkdaşlıq" və "təbliğatın  patologiyasının" aparılması  Ali Rəhbərin İslami Təbliğat Komitəsi rəsmilərinə olan digər tövsiyələrindən idi. Təbliğat fəaliyyətlərində önəmli bir halqanın olmasına yəni “təbliğdə effektlik və təsir” məsələsinə toxunan Ayətullah Xamenei bildirib ki,  təbliğatçıların,  şəhər və kəndlərə getməsi və yaxşı danışması  kifayət etmir.  "Təbliğatçılar elə təlim görməlidir ki,  təbliğ müddəti bitdikdən sonra da bacarıqlı  gənclərlə  əlaqələrini qorumalı və fikir mübadiləsi aparmaqla  bir neçə il ərzində həmin bölgədə həmin gənclərinin özünü təbliğatçıya çevirməlidirlər."/maide/

 


  • Yazılıb
  • da (də) 2019 Jan 28
  • Göndərən مدير سايت Aran News