Tarix : 2019 Jan 31
Kod 57554

Yəmənin Əl-Məxasında partlayış; onlarla ölü və yaralı

Yəmənin Təiz vilayətində yerləşən Əl-Məxa şəhərində baş verən partlayış nəticəsində 42 yəmənli ölüb və yaralanıb.

Arannews-İSNA-nın məlumatına görə, bu  hadisə bomba quraşdırılmış bir motorsikletin Əl-Məxa şəhərində bir restoranın yaxınlığında partlaması nəticəsində baş verib. Nəticədə 6 nəfər ölüb, 36 nəfər yaralanıb.Əl-Məxa strateji əhəmiyyətli Babül-Məndəb boğazından 75 kilometr aralıda yerləşir və istefada olan prezident Əbdürrəbbə Mənsur Hadiyə bağlı qüvvələrin nəzarəti altındadır.Bu məlumata görə, hadisə nəticəsində ölənlər arasında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dəbi informasiya kanalının iki jurnalisti də var. Hələ ki, bu partlayışın məsuliyyətini üzərinə götürən olmayıb.

  • Yazılıb
  • da (də) 2019 Jan 31
  • Göndərən مدير سايت Aran News