Tarix : 2019 Feb 04
Kod 57578

QQəzzada 45-ci Böyük Qayıdış yürüşü baş tutub, nümayişçilər atəşə tutulub (FOTO)

Dünən cümə günü ilə əlaqədar Qəzzada 45-ci Böyük Qayıdış yürüşü keçirilib. Qəzza sərhəd çəpərinin qarşı tərəfində mövqe qurmuş işğalçı İsrail rejim qüvvələri dinc etirazçıları snayperlərə atəşə tutub, kütləyə tərəf gözyaşardıcı qaz qumbaraları atıb.

Arannews-Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, yürüş zamanı 32 fələstinli İsrail ordusu tərəfindən vurularaq xəsarət alıb. Yaralılar arasında azyaşlılar da var.Bildirək ki, ötən ilin 30 martından başlamış etiraz yürüşündə bugünədək 262 fələstinlinin öldürüldüyü, 27 min nəfərin yaralandığı məlumdur. Yaralılardan təxminən 500 nəfərinin vəziyyəti ağırdır.

 
 
 
 
 
 


  • Yazılıb
  • da (də) 2019 Feb 04
  • Göndərən مدير سايت Aran News