Xəbər Lenti

L.İsmayılzadə: Əminliklə deyirəm, Taleh Bağırov 14 gündür acdır

Daha bir dindar həbs olundu

Əliyevlə Paşinyan ABŞ-da görüşə bilər

Imprisoned ‘Muslim Unity’ leaders start hunger strike in protest against alleged torture

Putin İrana təşəkkür etdi

Ayətullah Xamenei İslam İnqilabının sirrini açıqlayaraq ikinci 40 illik gələcəyini gənclərə tapşırdı

İslam İnqilabının 40 illiyi münasibətilə bayram yürüşündə xalq dalğası: Azərbaycanda islamçıların həbs və işgəncə olunmasını pisləyirik

“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun ailə üzvləri onun taleyindən narahatdır

Təbriz əhalisi İslam İnqilabının 40 illiyi bayramında Azərbaycan Respublikasında islamçı məhbuslara qarşı işgəncələri pislədi

Doktor Şeyx Yusif Nasiri , Hacı Tale Bağırzadənin zindandan azad etməsini tələb etdi

"Müsəlman Birliyi" fəalına 20 sutka verildiyi deyilir

Məhbus baş redaktorla bağlı yeni açıqlama

Zərif: Sionist rejim region və dünya üçün problemdir

Naxçıvan Muxtar Respublikasında İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü anıldı

İki cəbhəçidən xəbər yoxdur

Qarabağ Komitəsinin mitinqinə icazə verilməyib

22 bəhmən yürüşünün qətnaməsi: Amerika dünyada şər işlərin təcəssümüdür

İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

"Xaricdə oturub hakimiyyəti tənqid etmək kişilikdən deyil" deyənlərə cavab – 10 mühüm məsələ

Qarabağ danışıqlarında kritik dönəm

Azərbaycanda daha iki bank bağlanır

İlham Əliyev Zahid Oruca vəzifə verdi

Məhbus ruhaninin ailəsi nigarandır

İ.Əliyev İslam İnqilabının 40-cı ildönümü gününü təbrik edib

Taleh Bağırzadənin ailəsi: On gündür ondan xəbər yoxdur

“Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”

Gürcüstanda erməni hərbi cinayətkara büstün qoyulması etirazlara səbəb olub

İnqilabın 4-cü nəsli Tale Bağırzadəyə dəstək mərasimi keçirib

Əhli-sünnə imam cümə Tale Bağırzadəni dəstəkləyib və Azərbaycanda islamçıların işgəncə olunmasının pislənilməsini istəyib

Bakıda Həzrət Fatimeyi-Zəhranın (s.ə.) həyatını əks etdirən teatr tamaşası təşkil olunub - FOTO

İranlı millət vəkili: İran milləti ABŞ-ın məğlubiyyətinin 40-cı ilini qeyd edəcək

Borclu kimi axtarışda olan 50 nəfər saxlanılıb

Putin, Ərdoğan və Ruhaninin nələri müzakirə edəcəyi açıqlandı

Tehranda Azərbaycan və İran XİN başçılarının görüşü keçiriləcək

Gürcüstan azərbaycanlıları Tbilisidə etiraz aksiyası keçirdilər

Minsk qrupu Qarabağ müharibəsi köçkünlərinin acınacaqlı durumunu görmür

Sabir bəy, Abbas Lisanini "görən gözün" Abbas Hüseyni niyə görmür üç məsələyə izah verin

Authorities drop criminal charges against Mehman Huseynov

Daha bir inanclı fəal saxlanıldı

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Arxiv
 
Tarix : 2019 fev 05     |     Kod : 57587

Dələduzluqda ittiham olunan vəkil müvəkkilindən aldığı pulu geri qaytarmayıb

13 saylı vəkil bürosunun vəkili Məmmədvəli Cəfərovun Bakının Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Rəhman Yusifovu həbsdən azad etdirmək üçün onun oğlundan 150 min manat aldığı iddia olunur. R.Yusifovun oğlu Rəşad Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə ifadə verib

Arannews-Hakim Rasim Sadıqovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Rəşad Yusifovu Ali Məhkəməyə pul vermək adıyla 150 min manat alıb aldatmaqda ittiham olunan M.Cəfərov özünü təqsirli bilmədiyini söyləyib.Daha sonra zərərçəkmiş Rəşad Yusifov ifadə verib. O bildirib ki, atası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Daha sonra vəkil Məmmədvəli Cəfərovla müqavilə bağlayıb, Ali Məhkəməyə şikayət veriblər. Vəkil xidmətinə görə ona 2 min manat pul ödəyib:"Məmmədvəli Cəfərov Ali Məhkəmədə tanış adam tapdığını, işi həll edəcəyini bildirdi. Məndən 2014-cü ilin noyabr ayında 150 min manat pul istədi. Mən də əvvəl metronun "Xətai" stansiyasının qarşısında ona 140 min, daha sonra "Dostluq" kinoteatrının yanında 10 min manat pul verdim. 2015-ci ilin əvvəllində 2 dəfə kassasiya şikayətini geri götürdü ki, iş alınmır. Sonra baxdım ki, bu adam məni aldadıb. Pulumu geri istəyəndə, bəhanələr etdi, telefonumu açmırdı, mənə ümidlər verirdi". 
Zərərçəkmişin sözlərinə görə, Ali Məhkəmə atası haqqında hökmü qüvvədə saxlayandan sonra M.Cəfərov deyib ki, bir tanışı vasitəsilə R.Yusifovun adını prezidentin əfv siyahısına saldıracaq.R.Yusifov bildirib ki, M.Cəfərov aldığı puldan hissə-hissə olmaqla, ümumilikdə 61 min 500 manat pul qaytarıb.M.Cəfərov isə bildirir ki, pul ona yox, dostuna verilib. Həm də atasının buraxılması üçün yox, siqaret biznesi məqsədilə. R.Yusifov isə bunu təkzib edir:"Üzləşmədə ondan soruşdum ki, nə biznes? Hardan nə alınacaqdı? Cavab belə verə bilmədi".R.Yusifov 11 il icra başçısının müavini işlədikdən sonra 2008-ci ildə Qaradağ rayonu, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru təyin olunub. 2012-ci ildə bu vəzifədə işləyərkən cinayət məsuliyyətinə cəlb olunub. Rüşvət almağa görə 5 il azadlıqdan məhrum edilən R.Yusifov 2016-cı ildə vaxtından əvvəl azadlığa buraxılıb.Vəkil M.Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur. O, həbsdə deyil.M.Cəfərov özü də əvvəllər Baş prokurorun müavini işləyib.
 
Meydan Tv


Açar sözlər : 

Yazılıb da (də)   2019 fev 05  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin