Xəbər Lenti

L.İsmayılzadə: Əminliklə deyirəm, Taleh Bağırov 14 gündür acdır

Daha bir dindar həbs olundu

Əliyevlə Paşinyan ABŞ-da görüşə bilər

Imprisoned ‘Muslim Unity’ leaders start hunger strike in protest against alleged torture

Putin İrana təşəkkür etdi

Ayətullah Xamenei İslam İnqilabının sirrini açıqlayaraq ikinci 40 illik gələcəyini gənclərə tapşırdı

İslam İnqilabının 40 illiyi münasibətilə bayram yürüşündə xalq dalğası: Azərbaycanda islamçıların həbs və işgəncə olunmasını pisləyirik

“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun ailə üzvləri onun taleyindən narahatdır

Təbriz əhalisi İslam İnqilabının 40 illiyi bayramında Azərbaycan Respublikasında islamçı məhbuslara qarşı işgəncələri pislədi

Doktor Şeyx Yusif Nasiri , Hacı Tale Bağırzadənin zindandan azad etməsini tələb etdi

"Müsəlman Birliyi" fəalına 20 sutka verildiyi deyilir

Məhbus baş redaktorla bağlı yeni açıqlama

Zərif: Sionist rejim region və dünya üçün problemdir

Naxçıvan Muxtar Respublikasında İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü anıldı

İki cəbhəçidən xəbər yoxdur

Qarabağ Komitəsinin mitinqinə icazə verilməyib

22 bəhmən yürüşünün qətnaməsi: Amerika dünyada şər işlərin təcəssümüdür

İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

"Xaricdə oturub hakimiyyəti tənqid etmək kişilikdən deyil" deyənlərə cavab – 10 mühüm məsələ

Qarabağ danışıqlarında kritik dönəm

Azərbaycanda daha iki bank bağlanır

İlham Əliyev Zahid Oruca vəzifə verdi

Məhbus ruhaninin ailəsi nigarandır

İ.Əliyev İslam İnqilabının 40-cı ildönümü gününü təbrik edib

Taleh Bağırzadənin ailəsi: On gündür ondan xəbər yoxdur

“Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”

Gürcüstanda erməni hərbi cinayətkara büstün qoyulması etirazlara səbəb olub

İnqilabın 4-cü nəsli Tale Bağırzadəyə dəstək mərasimi keçirib

Əhli-sünnə imam cümə Tale Bağırzadəni dəstəkləyib və Azərbaycanda islamçıların işgəncə olunmasının pislənilməsini istəyib

Bakıda Həzrət Fatimeyi-Zəhranın (s.ə.) həyatını əks etdirən teatr tamaşası təşkil olunub - FOTO

İranlı millət vəkili: İran milləti ABŞ-ın məğlubiyyətinin 40-cı ilini qeyd edəcək

Borclu kimi axtarışda olan 50 nəfər saxlanılıb

Putin, Ərdoğan və Ruhaninin nələri müzakirə edəcəyi açıqlandı

Tehranda Azərbaycan və İran XİN başçılarının görüşü keçiriləcək

Gürcüstan azərbaycanlıları Tbilisidə etiraz aksiyası keçirdilər

Minsk qrupu Qarabağ müharibəsi köçkünlərinin acınacaqlı durumunu görmür

Sabir bəy, Abbas Lisanini "görən gözün" Abbas Hüseyni niyə görmür üç məsələyə izah verin

Authorities drop criminal charges against Mehman Huseynov

Daha bir inanclı fəal saxlanıldı

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Arxiv
 
Tarix : 2019 fev 05     |     Kod : 57589

Buz tərpənəndə

Ola bilər ki, bəzi vaxtlarda edilən etirazlar hakimiyyətin xoşuna gəlsin. Rejim siyasi azadlığı imitasiya edərək dünyaya sırımaq istəyəndə, bu şəkildə baş tutan etiraza göz yumar.

Arannews-Bir neçə ildən bəri müxalifətin “Məhsul” adlı, özü də, adı da totalitar sovet rejiminin qalığı olan, eynən mövcud diktatorluğun özü kimi stadionun divarları ilə blokadaya alınmış mitinqləri bir tale yaşadırdı desək, yanılmarıq. Mitinqlərə diqqətin az olmasını rejim uzun müddət əlində bayraq etdi. Bəs indi nə baş vermişdi? Niyə diktatura öz nökər mətbuatı vasitəsilə insanları təhqir etdiyi halda, nəticədə sonun başlanğıcını gördü? Artıq bütün yalanlar kimi bütün qorxular, repressiya hədələri geri çəkilməkdədir.Buz tərpəndi, cənab prisyajnılar!

Axtaracağı növbəti stul Ostap Benderi ülgücün tiyəsinə bir az yaxınlaşdıracaq. Hələlik başqa çarə tapmadığından “asayiş” çığırıb stadionun da qapılarını bağladı. Artıq hansısa icazəyə ehtiyacın qalmadığını demək boşboğazlıq deyil. Yəqin artıq hər kəsə məlumdur ki, rejim “top tutmaq” üçün heç bir icazə verməyəcək. Əlbəttə, mitinq yeri kimi Nargin adasını təklif edəcək qədər absurdluq girdabına düşməsə. İnsanların politləşməsi üçün zəmin yaranıb və genişlənəcək də. Ancaq çox şeylərdə diqqətli olmalıyıq. Xalqın çəkinmədən küçəyə çıxmasını təmin edəcək kazus bellidən (latınca casus belli - Roma hüququ dövründə irəli sürülmüş hüquqi termin. Müharibə elan etmək üçün formal səbəb) yararlanmaq gərək olacaq ki, ən tutarlısını bəzən sadəcə yaratmaq lazımdır. Güclü zəmin olduqdan sonra çətin görünmür. Son mitinqdən əvvəl baş verənlər effektiv idi. Əgər rejim heç kimin, heç bir siyasi məhbusun aclıq aksiyasına başlamadığı xəbərini cəmiyyətə sırımaq, hər cür təzyiq və saxtakarlıqdan istifadə edərək aclıq aksiyalarını yalanlamağa çalışırsa, deməli, bu, onda siyasi aclıq qorxusu yaradır.Qorxusunun əbəs olmadığına şahid olduq. Məlumdur ki, aclıq aksiyası bir neçə günlük səsləndirilib bitən hansısa əks fikir ifadəsi yox, ciddi mübarizə metodudur, dirənişə qarşı durmalıyıq. Belə bir dirəniş diktatura rejimini bəlli məsələlərdə geri addım atmağa məcbur edəcək potensial daşıyır. Mehman Hüseynov məsələsi də bunun sübutu idi. Diktatura bir neçə saxtakar GONGO (Government Organized Non- Governmental Organization - hökumətin yaratdığı QHT) üzündən istifadə edərək, qurduğu tamaşa ilə guya istədiyini aldıqdan sonra Mehmana güzəşt etdiyini göstərməyə çalışdı. Ancaq problem yaxşıya doğru - həm Mehmanın, həm də ona dəstək verən insanların səyi ilə həll edildi, rejim geri çəkilməyə məcbur olundu. Bu sitiuasiya kazus belli yaranması ilə nəticələndi ki, bunu sonrakı hadisələrin gedişatında gördük. Artıq hakimiyyətin istənilən yalanı, teatral müdaxilələri istədiyi reaksiyanın əksini doğurur. Rejim legitimliyini çoxdan itirib, insanların taxtın aşırılmasının labüdlüyünü dərk etməsi an məsələsi ola bilər. Diktatura belə bir anı duysa, həmin vaxt qığılcım ola biləcək məsələlərdə geri çəkilə bilər.Əlbəttə, biz belə xırda qələbələrlə yetinməməliyik. Hansısa xırda məğlubiyyətlə hakimiyyətin özünə güc yığmasına davam etməsinə imkan verməməliyik. Kiçik də olsa, bir qrup insanın iradəsi əhəmiyyətli ola bilər. Əhdi-Ətiqdə (xristianların müqəddəs kitablar toplusu Əhdi-Ətiq və Əhdi Cədid adlı toplulara bölünür) korinflilərə məktubda deyildiyi kimi: çoxluğun sənin qədər yaxşı olması elə vacib deyil. Ya da düşünməməliyik ki, hardasa mütləq bir yaxşılıq var. Çünki bir az maya bütün xəmiri mayalamağa bəs edəcək. Razıyam, bu xəmir suyu bir az artıq apara bilər. İstənilən halda hakimi-mütləq despot satqın avroparlamentari Norikanın diktaturanın apologetliyini etməsinə çox da bənd olmasın.Norikanın soyadı ilə eyni olan həmyerlisi Çauşeuskinin Rumıniyada törətdiklərinin əvəzini arvadı ilə birgə bir neçə dəqiqəlik məhkəmənin sonunda divar önündə kalaşnikovlarla uğurlanaraq ödəməsindən 30 il keçir. Gənc Norikanın hansısa şəkildə Çauşeskini alqışladığını bilmirəm. Amma uğursuz olduğu aydındır. Bir də fransız Baş nazir Eduard Filippə də qəzəblənmək gərəkməz. Şübhəsiz ki, o, “sarıjiletli” fransız xalqının hayına qaldığından, Paris küçələrinin mason qəbiristanlığına çevrilməyin qorxusundan Azərbaycandakı insan haqları problemini tənqid edib. Hər halda, o, Çauşeskinin Rumıniyasından deyil, gözünü yumub Azərbaycanın mafioz kapitalist diktaturası ilə ticarət edə bilmir. Bizdə insan haqlarına kosmetik də olsa düzəliş edilməsini umar ki, diktatura rejimlərinə sata bilsin. Məsələn, Karsa getməli olan qatarları. Amma artıq mafioz və despot rejim təkcə qatar yox, həm də bilet haqda düşünməlidir, özü də birtərəfli.P.S. Henri Devid Toradan: Yeganə arzumun bu daş-divarların digər tərəfinə keçmək olduğunu zənn edirdilər. Düşüncələrimin üzünə qapının necə də canfəşanlıqla bağladıqlarını görəndə gülməyə bilməzdim. Çünki bu düşüncələrim heç bir icazə istəmədən və əngəl tanımadan onları izləməyə davam edirdi. Və həqiqətən təhlükəli olan bu düşüncələr idi.Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.



Açar sözlər : 

Yazılıb da (də)   2019 fev 05  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin