Tarix : 2019 Feb 06
Kod 57592

Ayətullah Xamenei 50 min məhkumun əfv olunması ilə bağlı göstəriş verib

İslam İnqilabının 40-cı ildönümü münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin göstərişi əsasında 50 min məhbus əfv olunacaq.
Arannews-saytına istinadən xəbər veri rki,  bunu İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani deyib. O bildirib ki,  Ali Rəhbərin sərəncamı ilə bu məhbusların böyük əksəriyyəti zindandan azad olacaq. Digər hissəsinin isə  çəkilməmiş cəzası azaldılacaq. Qeyd edək ki, fevral ayının 1-i Tehranda İmam Xomeynini tarixdə görünməmiş izdiham qarşılayıb. Tehranın Mehrabad hava limanında qısa çıxışdan sonra İslam İnqilabının şəhidlərini ziyarət etmək üçün Behişte-Zəhra qəbiristanlığına gedib, Xalq qarşısında günün məsələlərindən danışıb. İmam Xomeyni İrana qayıdandan 10 gün sonra, 22 Bəhməndə (11 fevral, 1979-cu il) İranda əzəmətli İslam İnqilabı qəti qələbə çalıb.İmam Xomeyninin (r) İrana döndüyü 12 Bəhməndən (1 fevral)  inqilabının qələbə çaldığı 22 Bəhmənə (11 fevral) qədər İslam İnqilabının "Fəcr dekadası" (Fəcr Ongünlüyü) adlandırılır.(Maide.Az)

 


  • Yazılıb
  • da (də) 2019 Feb 06
  • Göndərən مدير سايت Aran News