Tarix : 2019 Feb 06
Kod 57593

Ərdoğan Ərəbistan vəliəhdini ''yalançı'' adlandırdı

Ərəbistan vəliəhdini yalançı adlandıran Türkiyə prezidenti jurnalist Camal Qaşıqçının Ərəbistan tərəfindən qətlə yetirilməsi məsələsində ABŞ-ın ciddi mövqe nümayiş etdirməməsini də tənqid atəşinə tutub.
Həqiqət QHT (Truth NGO) - Əl-Cəzirə kanalının bildirdiyinə görə, Türkiyə prezidenti Rəcəb Təyyib ərdoğan Ərəbistan vəliəhdi Məhəmməd Bin salmanı habelə, bu ölkənin keçmiş xarici işlər nazirini Camal Qaşıqçının qətlə yetirilməsi olayı ilə bağlı yalançılıqda ittiham edib.Bu məlumata görə, Ərdoğan Vaşinqtonu da Camal Qaşıqçının qətli məsələsində Ərəbistan qarşısında qətiyyətli mövqe sərgiləmədiyi üçün kəskin formada tənqid edib.Ərdoğan deyib: ABŞ-ın sükutunu dərk edə bilmirəm. Çox dəhşətli bir cinayət törədilib. Hətta, MKİ-nin üzvləri də onlara təqdim edilmiş səs yazısını dinləyiblər."Ərdoğan həmçinin, Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın adına işarə edib və deyib: O, ilk başda jurnalist Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğundan çıxdığına dair yanlış görüntü yaratmağa çalışdı. Amma, onun və Ərəbistanın keçmiş xarici işlər nazirinin yalan dediyini bilirik.Ərdoğan  həmçinin, Camal Qaşıqçının qətlə yetirildiyi gün Ərəbistan konsulluğuna daxil olan 15 nəfərə də işarə edib və deyib: Bu şəxslər qətldə iştirak ediblər və onların adları elan olunmalıdır. Onların adları nədir. Türkiyə onların təhvil verilməsini istəyir. Amma, Ərəbistan öz bildiyini edir. Onlardan 11-nə qarşı ittiham irəli sürüldüyünü və 5-i barəsində edam qərarının çıxarıldığı bildirilir. Amma, bütün bu proses qaranlıqdır. BMT-nin "Qaşıqçı" işi ilə bağlı xüsusi nümayəndəsi Ənis Kalamar da Türkiyəyə olan səfərini başa vurdu. O, bu işi araşdıran ilk müstəqil şəxsdir. Qaşıqçının qətlindən 4 ay ötür. Amma, hələ də onun cəsədindən xəbər yoxdur. Hələ də bu ərəbistanlı jurnalistin Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilməsinə dair kimin göstəriş verdiyinə aydınlıq gətirilməyib.

  • Yazılıb
  • da (də) 2019 Feb 06
  • Göndərən مدير سايت Aran News