Tarix : 2019 Feb 06
Kod 57594

Azərbaycan NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirak etdi

Azərbaycan Respublikası Şimali Atlantika Alyansı NATO-nun Gürcüstandakı "Dağlıq ərazidə qış şəraitinə hazırlıq" adlı hərbi təlimlərində iştirak edib.
Arannews-Report.az-ın bildirdiyinə görə, Azərbaycan Respublikası NATO-nun Gürcüstandakı hərbi təlimlərində simvolik olaraq bir nümayəndə ilə iştirak edib. Mtsxeta - Mtyanti məntəqəsindəki "Abuli" adlı qarlı dağ zonasında keçirilən NATO-nun hərbi təlimlərində Latviya, Belarus, Ukrayna, Gürcüstan və Azərbaycan hərbçiləri iştirak edirlər. "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən bu hərbi təlimlərdə ümumilikdə 14 hərbçi iştirakedir.

  • Yazılıb
  • da (də) 2019 Feb 06
  • Göndərən مدير سايت Aran News