Tarix : 2019 Feb 06
Kod 57595

Moskvada Əhli-beyt (ə) sevərlərin yeganə məscidi sökülmək təhlükəsi ilə üz-üzə - FOTO

Rusiya paytaxtı Moskvada yaşayan azərbacanlıların yeganə məscidi “İnam” məscidi sökülmək təhlükəsi ilə üz-üzədir. Camaat arasında “Atryadnı Məscidi” kimi tanınan Allah evinin içi fevralın 4-də nahar saatlarından boşaldılmaya başlayıb.
Arannews-Bu haqda Moskvada yaşayan azərbaycanlılar Maide.Az-a bildirib. 
Məscid camaatının verdiyi məlumatlara əsasən, məscidin içindəki bütün xalçalar yığışdırılıb. Bundan əvvəl isə məsciddə olan “Fərəc duası” və Əhli-beyt (ə) məktəbinə xas digər dini antributlar məsciddən yığışdırılıb. Məscidin gecə saatlarında sökülməsindən ehtiyyatlanan məscid camaatı 04 fevral tarixindən etibarən gecə saatlarından növbələşmə yolu ilə məscidin mühafizəsini təşkil ediblər. Gələn məlumatlarda o da bildirilir ki, bu gün (fevralın 5-də) məscidin minarəsi və günbəzinin sökülməsi planlaşdırılır.İlk olaraq yanvarın 11-də bağlanan məscid fevralın ikisi cümə namazında yenidən azərbaycanlıların üzünə açılıb. Lakin iddialarından geri çəkilməyən R.Bəyazidov Moskvadakı yeganə şiə məscidini qapatmaqda israrlı görünür. Yaranmış vəziyyətlə bağlı məscid camaatının ağsaqqalları yanvarın sonunda Oytradnı rayonun müvafiq struktur və orqanları ilə görüşlər keçirib. Bu görüşlərdə səlahiyyətli rəhbər şəxslər tərəfindən qeyd olunub ki, Rusiya Federasiyanın qanunlarına əsasən Əhli-beyt (ə) ardıcılları digər məzhəblər və konfessiyalar kimi öz məscidlərindən öz ibadətlərini, dini ayinləri keçirməli və bu fəaliyyət şərait onlar üçün təmin edilməlidir.Qeyd edək ki, “İnam” məscidi 1999-cu ildə ildə Moskvanın Otryadnı rayonun Xaçaturyan küçəsində inşa olunub. Azərbaycanın ilk və eks-prezidenti Ayaz Mütəllibovun dəstəyi və Rusiyada yaşayan azərbaycanlıların maddi dəstəkləri ilə tikilən məscid Moskvanın mədəni irsinə daxil edilib. Məscid ərazisinin (torpağının) sənədi isə işadamı kimi tanıtdırılan Rəşid Bəyazidova məxsusdur. Bunu əlində əsas tutan R.Bəyazidov məscidi azərbaycanlılara fantastik məbləğə (370.000 rubl – 9585 azn) icarəyə vermək istəyir. Bu isə Rusiya Federasiyası qanunvericiyilə zidd sayılır. Belə ki, müvafiq qanunvericiliyə əsasən Rusiya ərazisindəki dini məbədlərin camaatlara icarə verilməsi qadağandır və bu addım cinayət tərkibli əməl sayılır.
 
 
 
 
 

  • Yazılıb
  • da (də) 2019 Feb 06
  • Göndərən مدير سايت Aran News