Tarix : 2019 Feb 07
Kod 57599

Təbriz imam cüməsi: İranın hərbi-müdafiə sənayesinin nəzərə çarpan inkişafı düşmənin gözünü kor edib

İran İslam Respublikası islami inqilabın bərəkəti ilə Saiqə, Azərəxş kimi radardan qaçan səsdən yüksək jet qırıcı növləri istehsal etməklə özünü təmin etmiş, balistik raketlər, Şəhab, Siccil, Kruz kimi peyk raketləri, müxtəlif növ döyüş və sürət qayıqları, amfibi qayıqları, uçan qayıqlar istehsal etməklə dünyada yüksək yerdə dayanır.

Arannews-Təbriz imam cüməsi höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Ali-Haşim Şərqi Azərbaycan əyalətinin silahlı qüvvələrinin bir qrup ilə görüşündə deyib: “İslam hökumətinin düşmənləri inqilabın qələbəsinin ilk günlərindən müxtəlif plan, hiylə və hər gün ağırlaşan sanksiyalarla İran xalqı ilə müharibəyə qalxdılar. Amma bütün sahələrdə, xüsusilə də müdafiə sektorunda yerli mütəxəssislərin zəhmətləri ilə özünü təmin etməyə yetişməklə, düşmənin gözü kor olmuşdur, üstəlik istiqlal və özünə arxalanmaqla ölkə düşmənlərin sancmasından amanda qalmışdır.”İmam cümə silahlı qüvvələrin islami inqilabdan sonra 40 il müddətində bənzərsiz nailiyyətlərinə işarə edərək deyib: “İran İslam Respublikası islami inqilabın bərəkəti ilə Saiqə, Azərəxş kimi radardan qaçan səsdən yüksək jet qırıcı növləri istehsal etməklə özünü təmin etmiş, balistik raketlər, Şəhab, Siccil, Kruz kimi peyk raketləri, müxtəlif növ döyüş və sürət qayıqları, amfibi qayıqları, uçan qayıqlar istehsal etməklə dünyada yüksək yerdə dayanır. Bu nailiyyətlərin hər biri bacarıq və iqtidarın nişanəsidir.Yeri vardır ki, uşaq qatili olan sionist rejimin raket sənayesi üzrə mühəndis və mütəxəssisinin 2015-ci ildə İran İslam Respublikasının raket gücünü alqışlamasına işarə edək.Uzi Rubin adı Qərbi Asiyada raket məsələləri ilə maraqlananlara tanışdır. O, 1991-1999-ci illər arasında sionist rejimin raket müdafiə proqramına rəhbərlik edirdi, israilli rəsmilər Rubini İsrailin raket atası adlandırırlar.Rubin İran raketləri barədə araşdırma apardıqdan sonra deyir: “Mən mühəndisəm və bir mühəndis kimi deməliyəm ki, iranlılar çox yaxşı işləyiblər. Mənim fikrimcə, İran dünya gücləri səviyyəsində əməl edir.”Sionist rejimin raket proqramları üzrə sabiq müdiri öz söhbətlərinin davamında Fəcr-5 istiqamətləndirici sistemə malik raketlərə və İran mühəndislərinin yüksək bacarığına işarə edərək deyir: “Bu iranlılar üçün böyük mühəndislik uğurudur. Bu bir kopya deyil. Mən texniki baxımdan onu hazırlayanlara hörmət əlaməti olaraq papağımı başımdan götürürəm və onlara hörmət bəsləyirəm. İran bu raket nailiyyətlərini sanksiyalar şəraitində əldə etmişdir. Təsəvvür edin ki, əgər bu ölkəyə qarşı sanksiyalar tətbiq edilməsəydi öz proqramlarını necə genişləndirə bilərdi.”Bu gün Uzi Rubinin çıxışından 4 il ötür və o yeni çıxışında İranın 2019-cu ildə əldə etdiyi uğurlarından danışa bilər. Əlbəttə, əgər ona bu barədə danışmağa icazə versələr!”

  • Yazılıb
  • da (də) 2019 Feb 07
  • Göndərən مدير سايت Aran News