Tarix : 2019 Feb 07
Kod 57604

Laricani: Suriya xalqının müqaviməti öz səmərəsini verdi

İran İslam Şurası Məclisinin sədri Suriya xalqının düşmənlərin avantürası qarşısındakı müqavimətinin səmərəli olduğunu deyib.

Arannews-İran İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə axşamı Tehranda Suriyanın xarici işlər naziri Vəlid Müəllim ilə görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsini bir zərurət adlandırıb və deyib: Şübhəsiz İran və Suriya arasındakı iqtisadi əlaqələr cari ildə inkişaf etdirilməlidir.Vəlid Müəllim də bu görüşdə İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibətilə İran xalqı və dövlətini təbrik edib və deyib: İran İslam İnqilabının müsbət təsiri sadəcə bu ölkə sərhədləri ilə məhdudlaşmayıb və bütün regionu öz təsiri altına alıb.Suriyanın xarici işlər naziri İran, müqavimət cəbhəsi və Rusiyanın terrorizm ilə mübarizədəki əməkdaşlığının səmərəli olduğuna işarə edərək, deyib: Bu qələbə sionistlərin və amerikalıların qəzəbinə səbəb olub. Buna görə də onlar davamlı olaraq Suriyaya hücum etməklə öz fitnələrini izləməyə çalışırlar.


  • Yazılıb
  • da (də) 2019 Feb 07
  • Göndərən مدير سايت Aran News