Tarix : 2019 Feb 08
Kod 57605

Qobustan həbsxanasında ‘aclıq aksiyası’

Qobustan həbsxanasında saxlanılan Nardaran məhbusları – “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynovun orada təzyiqlərə etiraz olaraq, aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə adları çəkilən məhbusların ailələri məlumat verib.

Arannews-İlahiyyatçı Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə deyir ki, sonuncu dəfə onunla yanvarın 28-də danışıb. Həmin vaxt Taleh Bağırov ona qarşı təzyiqlərin davam etdiyini, bunlara son qoyulmasa, aclığa başlayacağını deyib.Abbas Hüseynov da yaxınlarına deyib ki, Taleh Bağırov artıq beş gündür aclıq edir, özü də iki gündür aksiyaya başlayıb.Qum və Nəcəf şəhərlərində dini təhsil almış “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunublar. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub.Abbas Hüseynov “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Taleh Bağırov və Abbas Hüseynov hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.Ötən illərdə Azərbaycanda 150-dən çox dindar müxtəlif səbəblər üzündən o cümlədən məkətblərdə hicab qadağasına etiraz etdikləri üçün mühakimə olunaraq, uzun müddətli həbslərə məhkum edilib.


  • Yazılıb
  • da (də) 2019 Feb 08
  • Göndərən مدير سايت Aran News