Xəbər Lenti

L.İsmayılzadə: Əminliklə deyirəm, Taleh Bağırov 14 gündür acdır

Daha bir dindar həbs olundu

Əliyevlə Paşinyan ABŞ-da görüşə bilər

Imprisoned ‘Muslim Unity’ leaders start hunger strike in protest against alleged torture

Putin İrana təşəkkür etdi

Ayətullah Xamenei İslam İnqilabının sirrini açıqlayaraq ikinci 40 illik gələcəyini gənclərə tapşırdı

İslam İnqilabının 40 illiyi münasibətilə bayram yürüşündə xalq dalğası: Azərbaycanda islamçıların həbs və işgəncə olunmasını pisləyirik

“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun ailə üzvləri onun taleyindən narahatdır

Təbriz əhalisi İslam İnqilabının 40 illiyi bayramında Azərbaycan Respublikasında islamçı məhbuslara qarşı işgəncələri pislədi

Doktor Şeyx Yusif Nasiri , Hacı Tale Bağırzadənin zindandan azad etməsini tələb etdi

"Müsəlman Birliyi" fəalına 20 sutka verildiyi deyilir

Məhbus baş redaktorla bağlı yeni açıqlama

Zərif: Sionist rejim region və dünya üçün problemdir

Naxçıvan Muxtar Respublikasında İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü anıldı

İki cəbhəçidən xəbər yoxdur

Qarabağ Komitəsinin mitinqinə icazə verilməyib

22 bəhmən yürüşünün qətnaməsi: Amerika dünyada şər işlərin təcəssümüdür

İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

"Xaricdə oturub hakimiyyəti tənqid etmək kişilikdən deyil" deyənlərə cavab – 10 mühüm məsələ

Qarabağ danışıqlarında kritik dönəm

Azərbaycanda daha iki bank bağlanır

İlham Əliyev Zahid Oruca vəzifə verdi

Məhbus ruhaninin ailəsi nigarandır

İ.Əliyev İslam İnqilabının 40-cı ildönümü gününü təbrik edib

Taleh Bağırzadənin ailəsi: On gündür ondan xəbər yoxdur

“Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”

Gürcüstanda erməni hərbi cinayətkara büstün qoyulması etirazlara səbəb olub

İnqilabın 4-cü nəsli Tale Bağırzadəyə dəstək mərasimi keçirib

Əhli-sünnə imam cümə Tale Bağırzadəni dəstəkləyib və Azərbaycanda islamçıların işgəncə olunmasının pislənilməsini istəyib

Bakıda Həzrət Fatimeyi-Zəhranın (s.ə.) həyatını əks etdirən teatr tamaşası təşkil olunub - FOTO

İranlı millət vəkili: İran milləti ABŞ-ın məğlubiyyətinin 40-cı ilini qeyd edəcək

Borclu kimi axtarışda olan 50 nəfər saxlanılıb

Putin, Ərdoğan və Ruhaninin nələri müzakirə edəcəyi açıqlandı

Tehranda Azərbaycan və İran XİN başçılarının görüşü keçiriləcək

Gürcüstan azərbaycanlıları Tbilisidə etiraz aksiyası keçirdilər

Minsk qrupu Qarabağ müharibəsi köçkünlərinin acınacaqlı durumunu görmür

Sabir bəy, Abbas Lisanini "görən gözün" Abbas Hüseyni niyə görmür üç məsələyə izah verin

Authorities drop criminal charges against Mehman Huseynov

Daha bir inanclı fəal saxlanıldı

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Arxiv
 
Tarix : 2019 fev 09     |     Kod : 57612

Sabir bəy, Abbas Lisanini "görən gözün" Abbas Hüseyni niyə görmür üç məsələyə izah verin

Bir dəfə də olsa Rusiyada, Ukraynada, Gürcüstanda işləyən Azərbaycanlılarla maraqlanın da.

Arannews-Sabir bəy, Abbas Lisanini "görən gözün" Abbas Hüseyni niyə görmür? – üç məsələyə izah verin!Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlıya açıq məktub!Sabir bəy, şəklinizin də dərc edildiyi bir yazı oxudum, başlıq bu cür idi: Rejim qorxuya düşüb.Dedim yəqin müxalifətin "Məhsul" stadionunda keçirdiyi sonuncu və çox insanın toplaşdığı mitinqi nəzərdə tutub iqtidarın qorxuya düşməsini nəzərdə tutmusunuz. Əlbəttə sizin əbədi olaraq qeyri-rəsmi iqtidarın tərəfinə keçməyinizi qəti olaraq bildiyimiz halda yenə də düşündük ki, mümkündür kişi fikrindən dönüb, azərbaycanlılara ürəyi yanıb və bir anlıq ötən illəri – liderlərindən biri olduğu Milli Azadlıq Hərəkatı xatirələrinə qayıdıb. İnanın Allaha ki, sizin kimi insanlar bu günlərdə yenə həmin meydanlara gəlsələr xalqda bir qədər də sizə görə ruh yüksəlişi baş verər.Amma təəssüf ki, xəbəri oxuyanda məlum oldu ki, yenə İrandan danışırsınız. Baxın, indi bizim haqqımızda "İran agentidir" deyə də bilərsiniz. Necə ki, biz, sizin qeyri-rəsmi olaraq Azərbaycan iqtidarına "işləməyinizi" düşünmürük, dəqiq bilirik, siz də bizim haqqımızda İran agenti ifadəsi işlədə bilərsiniz. Buna şübhəmiz yoxdur. Siz bir azərbaycanlı, türk, atatürkçü, nə bilim "osmanlı torunu" olduğu kimi necə ki, öz həmyerliləriniz üçün can yandırırsınız, biz də bir müsəlman, xüsusən şiə müsəlman olduğumuz üçün dünyada hegemonlar tərəfindən təklənən və ilahi qüvvə sayəsində məğlub olmayan şiə dövlətini dəstəkləyirik. Sizin bizim haqqımızda fikriniz nədir, bu da bizi zərrə qədər maraqlandırmır. mma bizim sizin dedikləriniz haqda sizin maraqlanmağınız yerində verilmiş bir qərar olardı. Necə? Deyim, bilin.Baxın, bizi qınamayın, istəsəniz heç günü sabahdan sizin İran əleyhinə danışdıqlarınızı "vozdux" kimi qəbul edib heç oxumayaq. Amma bizi aldada bilməzsiniz. İndi Cəlil Məmmədquluzadənin dövrü deyil ki, şeyx Nəsrullah (məsəli sizdən uzaq) gəlib bizi aldatsın. İndi ibtidai sinif şagirdləri vatsaplı, selfili telefonlar işlədir. Gəlin səmimi danışaq. Üç məsələni bizim üçün açıqlayın, sonra sizin müridlərinizdən olmasaq bizə nə deyirsiniz deyin. Sözümüz kişi sözüdür.Birincisi budur ki, siz gözəl bilirsiniz ki, İranı məhv eləmək istəyənlərin başında ABŞ dayanıb. İrandakı mövcud hakimiyyəti (dini dövləti) aradan aparıb devrilmiş şahın oğlunu hakimiyyətə gətirmək istəyəcək. Nə fayda? Onsuz da elə şahın atası İranda hakimiyyətdə idi, xalq bezdi və qovdu. Xalqın başına at təpməmişdi ki, yaxşı rəhbəri qovsun. Siz gözəl bilirsiniz ki, ABŞ-ın nəfəsi belə zərərdir. Gözəl bilirsiniz ki, ABŞ İranda məqsədinə çatsa heç də böyük Azərbaycan, ulu Turan, türk dünyası filan – bu cür işlərlə məşğul olmayacaq.İkincisi budur ki, sizin adınızın yanında həmişə "Dünya Azərbaycanlıları Konqresinin həmsədri" yazırlar. Biz isə sual veririk, məgər dünya azərbaycanlıları ancaq İrandakı türkdilli insanlardan ibarətdir? Ya birdəfəlik konqresin adını dəyişib "İran azərbaycanlıları" qoyun, ya da gedin bir dəfə də olsa Rusiyada, Ukraynada, Gürcüstanda işləyən Azərbaycanlılarla maraqlanın da. Axı onlar bir para çörək qazanmaqdan ötrü durub burdan basa-basa hətta Kanadaya qədər gedirlər. Niyə bir dəfə onlar barədə danışmırsınız? Yaxşı, bildik ki, Azərbaycan hakimiyyətindən qorxursunuz, gözəl bilirsiniz ki, hazırkı hakimiyyət şairə, yazıçıya baxmır, qabağına çıxanı kəsib-doğrayır. Demirik ki, Azərbaycan iqtidarının pis vəziyyətə saldığı ailələrdən danışın. Heç olmasa xaricdə yaşayan azərbaycanlılar barədə məlumat verin, onardan danışın. Erməni əsirliyində dad eləyən əsirlərə olan işgəncədən danışın.Üçüncüsü və bəlkə də ən əsası: bəy, İranda Abbas Lisani adlı birinin həbsindən yazırsınız. Üç gündür ki, öz həmyerliniz və vətəndaşınız (hansı ki, İrandakı türkdillilər sənin vətəndaşın deyil) Abbas Hüseyn həbsxanada aclıq aksiyası keçirir, bəs niyə o Abbas yadına düşür, bu Abbas yadına düşmür. Niyə sizi İrandakı azərbaycanlıların talehi maraqlandırır, hacı Tale sizə maraqlı deyil? Hər iki Abbas hakimiyyət əleyhinə danışıb deyə həbs edilibsə, ordakı hakimiyyəti tənqid etmək asandır, hünəriniz varsa burda bir söz danışın.Müsahibənizdə elə də danışırsınız ki, sanki gedib İrandak həbsxananı görmüsünüz. Deyirsiniz ki, həbsxanada işgəncələrə məruz qalıb, dəfələrlə tutulub, sınmayıb. Hacı Taledən də danışın. Dəfələrlə tutulub, əziyyət edilib, sındıra bilməyiblər. Abbas Hüseyndən də danışın. Azərbaycandakı həbsxanaların vampir rəislərin əlində olmasından da danışın. Abbas Lisanini görən gözünüz var, Abbas Hüseyni görən gözünüz yoxdur? Deyirsiniz ki, Abbas Lisaniyə əziyyət verirlər, siz bilirsinizmi camaata "can Allah əmanətidir, qəsd eləmək olmaz" deyən ruhaninin, dindarın aclıq aksiyasına başlaması nə deməkdir? Deyirsiniz ki, orada camaatı dilindən, məktəbindən məhrum ediblər. Baxın görün Azərbaycanda neçə faiz dərs oxuyur, məktəblərdəki rüşvətləri müqayisə edin. Bunlardan danışın da. Güya şah vaxtında azərbaycanlıların məktəbi, dili var idi? Baxın Sabir bəy, bu üç suala tutarlı cavab verin, sonra bizdən sizin səmimiyyətinizə inanmağı tələb edin. Yoxsa xeyri yoxdur, İsrail dəyirmanına su tökən insan kimi yaddaşlarda qalacaqsınız.


Açar sözlər : 

Yazılıb da (də)   2019 fev 09  Saat  07   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin