Xəbər Lenti

İran Konstitusiyasına əsasən, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Avropadakı mühacirlər BMT-nin ofisi önünə toplaşıblar

Paşinyan xalqı yenidən yürüşə çağırd

Azərbaycan-R Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib

Azərbaycan R-nın hərbi heyəti İran İslam Respublikası Ordusunun Komdanda-Qərargah Akademiyasında olub

İşçi Qrup: Azərbaycanda 127 siyasi məhbus var

Ərdoğan NATO-nu terrorçulara dəstəkdə ittiham etdi

Cəbhəçi Rövşən Quliyev həbs edilib

Qüdslü fəal: İsrail Qüdsü yəhudiləşdirmək üçün əlindən gələni edir

Prokuror AXCP üzvlərinə iş istəyib

Prokuror AXCP üzvlərinə iş istəyib

Bin Salman Hindistanda etirazla qarşılandı - FOTO

Cəbhədə düşmən təxribatı davam edir: Atəşkəs 29 dəfə pozulub

Ərdoğan hələ indi başa düşüb: ”Avropa İttifaqı Türkiyəni müsəlman ölkəsi olduğuna görə qəbul etmir”

Xəzəryanı ölkələr bu dənizdə başlanğıc xəttin təyini üçün səy göstərirlər

Prokuror Saleh Rüstəmliyə 8 il cəza istəyir (Yenilənib

Şeyxdən çeçen-azərbaycanlı davasına münasibət

Bəşər Əsəd 15 ay sonra ilk dəfə çıxış etdi

Rusiyada Azərbaycana qarşı növbəti təxribat

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı

Bakıda siyasi məhbuslara dəstək aksiyasına çağırılıb

Azərbaycanda hər dörd cütlükdən biri boşanır

Əsəd: Ərdoğan əslində amerikalılar üçün kiçik muzdlu əsgərdir

Paşinyandan müxalifətə: Ofisinizdə Rusiya bayrağını niyə asmırsız

Milli Şura mitinq təyin edib

124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Bəşər Əsəd Suriyada silahlı qruplara müraciət edib

HƏMAS: Varşava konfransı yalnız İsrailin maraqlarına xidmət edir

Novruzqabağı əfvlə "siyasi məhbuslar" azad edilə bilərmi

Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötür

Bakı rəsmiləri Rusiyada azərilərlə çeçenlər arasındakı etnik dava barədə nigarançılıq ediblər

Milli Şura yenə mitinq təyin etdi

Hizbullah lideri: Bizim gücümüz silahda deyil, düşmənlə mübarizəyə etiqadımızdadır

Əfv Komissiyası iclasında keçirdi 200-ə qədər müraciətə baxılıb

Siyavuş Novruzov "kotlet" ordeni aldığı üçün məktəblilər dərddən içir

Əroğan Makronu siyasət aləminə təzə gəlmiş siyasətçi adlandırıb

Ruhani: Tehran və Moskva əlaqələri strateji olmağa doğru irəliləyir

AİP qanlı terror aktını kəskin pislədi

Deputatxanaya girməyi "yuxarların" gözünə girmək hesab edən deputat

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs qonşu ölkədə tutuldu

Arxiv
 
Tarix : 2019 fev 08     |     Kod : 57613

Taleh Bağırovun həyat yoldaşı: “Zülmə son qoyun”

“Taleh Bağırovun hazırki durumu ilə bağlı məlumatımız yoxdur. O artıq bir həftədir ki, zəng etmir.

Arannews-İşgəncələrlə bağlı yayılan məlumatlar isə həqiqətdir. Yalnız Taleh Bağırova deyil, Cabbar Cabbarova, Abbas Hüseynə və son zamanlar Qobustan həbsxanasındakı 700 məhbusa da bu əziyyətlər şamil olunub. Əlbəttə, bu, halları qınayırıq və pisləyirik.”Bu barədə hazırda Qobustan QAapalı Həbsxanasında həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə müsahibəsində bildirib.O işgəncə halları ilə bağlı sualın cavabında deyib ki, Taleh Bağırovun özünə cismani əziyyət vermirlər.“Amma Abbas Hüseyn və Cabbar Cabbarovu döyürlər. Ona isə mənəvi işgəncə vermək istəyirlər. Taleh Bağırovun özünün qolunu hər dəfə köhnə, qanlı qandalla sıx bağlayırlar. Səbəbsiz yerə bir gündə bəlkə də dəfələrlə, iki dəqiqədən bir gəlib adını, familyasını, atasının adını soruşub psixoloji təsir etmək istəyirlər,” İsmayılzadə deyib.O həbsxanada baş verənlərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə, Penitensiar Xidmətə müraciət edildiyini bildirib.“Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri gedib baş çəkib. Penitensiar Xidmətdə deyiblər ki, araşdıracaqlar. Onlar da gedib, özü ilə danışırlar, şikayətləri dinləyirlər, gəlib deyilənləri təkzib edirlər.”Xanım İsmayılzadə yerli mediada Abbas Hüseynin özünə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlarla barədə sualın cavabında deyib ki, həyat yoldaşı ilə sonuncu dəfə 2018-ci ilin noyabrında görüşüb.“Bizim növbəti görüşümüz fevralın sonunda olacaq. Ona görə, ona qarşı olan işgəncələrin həqiqətə uyğun olub-olmadığını bilmirəm. Amma, Taleh Bağırovun özününü dediyinə görə (telefonla dedikləri nəzərdə tutulur-red) əlində, ayağında xəsarətlər var. O insan hansısa səbəbdən özünə xəsarət yetirən deyil. Mən onun nə dərəcədə doğru olduğunu bilmirəm. Amma, onu bilirəm ki, xəsarətlər varsa o, özünə görə deyil, digər qardaşlarına (əqidə yoldaşları nəzərdə tutulur-red) əziyyət verildiyinə etiraz etmək məqsədi ilə bunu edib.”Leyla İsmayılzadə hökumətə, ictimaiyyətə müraciəti ilə bağlı suala cavabda deyib ki, “bizim vicdanlı insanlara sözümüz var, bu haqsızlıqlara, zülmlərə susmasınlar.”“Bizim hakimiyyətdən istəyimiz, tələbimiz nə ola bilər? Ancaq, zülmlərə son qoyulsun. Onlardan, artıq bir istəyimiz yoxdur. Əgər insanflı biriləri olsa idilər, zülmləri edib, yüzlərlə insanı illərlə həbs etməzdilər. Onlardan başqa istəyimiz yoxdur. Zülmlərə son qoymalarını tələb edirik. Biz əfv yox, onlara bəraət verilməsini tələb edirik. Bütün vicdanlı insanların bu haqsızlıqlara susmamasını istəyirik,” Taleh Bağırovun həyat yoldaşı Amerikanın Səsinə müshabəsində bildirib.Penitensiar Xidmət işgəncələr və qeyri insani rəftarla bağlı yayılan məlumatları təkzib edir.“Bunlar tam yalan və həqiqətə uyğun olmayan məlumatlardır. Belə yalan, həqətətə uyğun olmayan məlumatları yaymağın nə mənası var?” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib.2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər öldürülüb.Ümumilkdə Nardaran hadisələrinə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il yarımadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseyn birinci qrupda “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.


Açar sözlər : 

Yazılıb da (də)   2019 fev 08  Saat  15   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin