Tarix : 2019 Feb 10
Kod 57614

Minsk qrupu Qarabağ müharibəsi köçkünlərinin acınacaqlı durumunu görmür

Qarabağ müharibəsindən 20 ildən çox ötməsinə baxmayaraq Qarabağın müsəlmanları və müharibə köçkünlərinin məişət hüquqları hələ də çox aşağı səviyyədədir. İran xalqı və dövləti münaqişənin həlli və müharibə köçkünlərinin öz yurdlarına qayıtmasında hər növ əməli əməkdaşlıq etməyə hazırdır.

AranNews – Azərbaycan və Ermənistan arasında müharibənin baş verməsindən 25 il ötür. Bu müharibə İslamın bədənində bir çirkli yara idi. İndiyə kimi bu yaranın üzərinə heç bir məlhəm qoyulmayıb. Bu münaqişəyə son qoymaq və problemi həll etmək məqsədilə 1994-cü ildə Minsk qrupu təşkil olundu. Əvvəl Finlandiyanın qrupa rəhbərlik etməsi məsələsi ortaya qoyulsa da sonradan bu fikirdən daşındılar. Bundan sonra Ermənistan və Rusiya da Amerikanın qrupa başçılıq etməsinə etiraz etdi. Nəhayət, o dövrün üç əsas supergücü Fransa, Rusiya və Amerika qrupa həmsədr təyin olundu. Lakin qrupun təklif etdiyi həll yolları heç vaxt böhranı həll edə bilmədi. Beləliklə, məsələni həll etmək istiqamətində yadların rolu uğursuz qaldı. Heç kəsə gizli deyil ki, Qarabağ münaqişəsinin hazırkı vəziyyəti (nə müharibə və nə sülh) Minsk qrupunun həmsədrləri olan bu üç ölkənin və yeni regional oyunçuların maraqlarına xidmət edir. Bu əsasla, münaqişə və müharibə köçkünlərinin problemlərinin həlli istiqamətində heç bir əməli addım atılmayıb.Bu arada heç kimin diqqət etmədiyi bir məsələ də ata-analarının evsiz-eşiksiz qalmasından sonra çadırlarda dünyaya göz açmış azəri körpələrin indi də acınacaqlı vəziyyətdə yaşamaları, kiminsə bu problemə həll yolu tapacağını, onların da mənzildə yaşamağı dadacaqları, bir tikə çörəyə görə Bakının soyuq qışında öz izzətlərini hərraca qoymayacaqları günügözləmələridir.Qarabağ qaçqınları ilə bağlı deyilən xəbərlərə diqqət etməklə, belə nəzərə gəlir ki, Qarabağ köçkünləri hələ də ən acınacaqlı məişət şəraitində yaşayırlar. Belə ki, onlar xarabalıqlarda, yaşayış üçün əlverişsiz yerlərdə məskunlaşıblar və məişət problemləri ilə əlbəyaxadadırlar.

İran İslam Respublikasının dövləti və xalq təşkilatları ötən illərdə öz səliqələrinə uyğun və müxtəlif metodlarla, o cümlədən İran, Azərbaycan və Türkiyədə beynəlxalq və regional konfranslar təşkil edərək Qarabağ münaqişəsinin ədalətli və dinc yolla həllini tapmağa təlaş etməklə yanaşı, əziz Qarabağı İslam aləminin ağuşuna qaytarmağa səy etmişdir. İllərdir ki, İranın müsəlman xalqı və dövləti şimal qonşusunda baş vermiş problemləri izləyir, onun həlli üçün əlindən gələni edir, Qarabağın gələcəyinə görə narahatlıq keçirir və məzlum müharibə köçkünlərinin halına acıyır. Nümunə olaraq İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Bakıya səfəri və Qarabağ barədə çıxışına işarə etmək olar.

General Baqiri bu səfərdə dedi: “Azərbaycan Respublikasının ərazi bütövlüyü tamamilə qəti bir məsələdir. Qarabağ və Azərbaycanın işğal edilmiş digər əraziləri inşallah, ikitərəfli danışıqlar yolu ilə həll olacaq. Hər halda Azərbaycan Respublikası ərazilərinin işğalı və işğalda qalması, bu yerin əhalisinin öz yurdlarından köçkün düşmələri İran İslam Respublikası üçün qəbuledilməzdir.”

Xalq və xalq təşkilatları da öz növbəsində müxtəlif vaxtlarda elmi və mədəni toplantılar təşkil etməklə Dağlıq Qarabağın vəziyyəti və gələcəyi ilə bağlı narahatlıqlarını göstəriblər. Nümunə olaraq bu il sentyabr ayında Zəncanda keçirilən “Qarabağ İslam Torpağı” adlı konfransa işarə etmək olar. Bu konfransda Zəncan Azad Universitetinin beynəlxalq münasibətlər üzrə müəllimi doktor Cəfəri dedi: “İranın Azərbaycan Respublikasına baxışı Ali Məqamlı Rəhbərin baxışıdır. Ali Məqamlı Rəhbər Azərbaycanı İslam ümməti və İslam dünyasının bir hissəsi bilir. Digər tərəfdən İran, Qarabağın azad olunması uğrunda təlaş edən bütün kəslərə dəstək verir. Bu dəstəklər tarixdə qeyd olmuşdur və onun sənədləri də mövcuddur. Biz Qarabağın azadlığı uğrunda həlak olanları şəhid bilirik və onlara hörmət bəsləyirik.”Digər bir konfransda Urmiya əhalisinin İslami Şura Məclisində təmsilçisi doktor Bəhaduri dedi: “Ali Məqamlı Rəhbərin sözlərinə uyğun olaraq Qarabağı İslam torpağının bir hissəsi bilirik və biləcəyik. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olub və olaraq qalacaq.”İran rəsmilərinin Azərbaycan Respublikasına davamlı səfərləri, Zəncan, Ərdəbil, Təbriz və İranın digər şəhərlərində Qarabağın azad olunması və Qarabağ müharibəsi köçkünlərinin dəstəklənməsi istiqamətində baş tutan toplantılar İran dövləti və xalqının bu məsələnin həll olunmasına, Qafqazın bu məntəqəsində sabitlik və əmin-amanlığın bərqərar olmasına, köçkünlərin öz ana yurdlarına qayıtmaq istəməsinə əzm və iradəsini göstərir.

  • Yazılıb
  • da (də) 2019 Feb 10
  • Göndərən مدير سايت Aran News