Tarix : 2019 Feb 10
Kod 57615

Əhli-sünnə imam cümə Tale Bağırzadəni dəstəkləyib və Azərbaycanda islamçıların işgəncə olunmasının pislənilməsini istəyib

Mamusta Əbdüssəlam Məhəmmədi: “Azərbaycan Respublikasının hökuməti müsəlmanları dəstəkləmək, islami müqavimət cəbhəsində iştirak etmək, digər ölkələrdə müsəlmanların namus və hörmətini qorumaq əvəzinə Hacı Tale Bağırzadə kimi islamçılarla düşmənçilik etməsindən narahatıq.”

AranNews – “Bicar” xəbər agentliyinin verdiyi məlumata görə, əhli-sünnə imam cüməsi və Əhli-Təriqət Alimləri Qurumunun sədri Mamusta Əbdüssəlam Məhəmmədi höccətül-islam Tale Bağırzadə və digər islamçılara verilən işgəncələrə münasibət bildirərək deyib: “Azərbaycan Respublikasının iki mücahid, islami dəyərləri müdafiə edən, hidayətedici şəxsiyyətlər və Müsəlman Birliyi hərəkatının üzvləri höccətül-islam Tale Bağırzadə və Abbas Hüseynin aclıq aksiyası xəbəri Azərbaycan müsəlmanlarının mövcud vəziyyəti barədə bizi narahat etdi.”Əhli-sünnə imam cüməsi vurğulayıb: “İslah, İslam mədəniyyəti və həyat tərzinə qayıtmaq, hicaba riayət etmək, dini təlimlərə əməl etmək bu gün bizim qonşumuz Azərbaycan Respublikasında dini bacı-qardaşlarımız üçün bu ölkənin sekular hökuməti tərəfindən gərginlik, əzab-əziyyət və işgəncəyə çevrilib. Hökumətin dindarlara qarşı bütün bu hərəkətləri isə sionist rejimin dəstəyi ilə baş tutur. İş o yerə çatıb ki, bu ölkədə şiə bacı-qardaşlarımıza qarşı bütün bu zülmləri müşahidə edirik.Çox narahatedici və acıdır ki, müsəlman bir ölkə müsəlmanları dəstəkləmək, islami müqavimət cəbhəsində iştirak etmək, digər ölkələrdə belə müsəlmanların namus və hörmətini qorumaq əvəzinə, düşmən cəbhəsindən çıxış edir, ölkəsinin islamçı və dindar qüvvələri ilə düşmənçilik edir.”Əhli-Təriqət Alimləri Qurumunun sədri daha sonra deyib: “Dinin əsaslarını, dəyərlərini qorumaq uğrunda müqavimət, çətinlik və işgəncələrə dözmək sadiq və ixlaslı möminlər üçün Allahın imtahan meydanıdır. Digər müsəlman xalqların dəstəyi və bu məzlumluğu islami medialarda işıqlandırmaları mücahid şəxsiyyətlərin qəlbinin qüvvətlənməsinə, regionun məzlum müsəlmanların vəhdət, izzət və iqtidarına səbəb olacaq.”Dindar təbliğçi və mücahidlərin üzləşdiyi problemlərə və Azərbaycan Respublikasında dini bacı-qardaşlarımızın şahidi olduğumuz məzlumluğuna diqqət etməklə bütün alim, elit və mütəfəkkirlərindən gözləntimiz budur ki, Azərbaycan Respublikasının islamçı alim və mücahid məzlumlarına dəstək verməklə yanaşı qətiyyətli açıqlama ilə siyasi və islamçı məhbuslara qarşı bu növ qeyri-insani hərəkətləri və işgəncələri pisləsinlər.


  • Yazılıb
  • da (də) 2019 Feb 10
  • Göndərən مدير سايت Aran News