Xəbər Lenti

L.İsmayılzadə: Əminliklə deyirəm, Taleh Bağırov 14 gündür acdır

Daha bir dindar həbs olundu

Əliyevlə Paşinyan ABŞ-da görüşə bilər

Imprisoned ‘Muslim Unity’ leaders start hunger strike in protest against alleged torture

Putin İrana təşəkkür etdi

Ayətullah Xamenei İslam İnqilabının sirrini açıqlayaraq ikinci 40 illik gələcəyini gənclərə tapşırdı

İslam İnqilabının 40 illiyi münasibətilə bayram yürüşündə xalq dalğası: Azərbaycanda islamçıların həbs və işgəncə olunmasını pisləyirik

“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun ailə üzvləri onun taleyindən narahatdır

Təbriz əhalisi İslam İnqilabının 40 illiyi bayramında Azərbaycan Respublikasında islamçı məhbuslara qarşı işgəncələri pislədi

Doktor Şeyx Yusif Nasiri , Hacı Tale Bağırzadənin zindandan azad etməsini tələb etdi

"Müsəlman Birliyi" fəalına 20 sutka verildiyi deyilir

Məhbus baş redaktorla bağlı yeni açıqlama

Zərif: Sionist rejim region və dünya üçün problemdir

Naxçıvan Muxtar Respublikasında İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü anıldı

İki cəbhəçidən xəbər yoxdur

Qarabağ Komitəsinin mitinqinə icazə verilməyib

22 bəhmən yürüşünün qətnaməsi: Amerika dünyada şər işlərin təcəssümüdür

İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

"Xaricdə oturub hakimiyyəti tənqid etmək kişilikdən deyil" deyənlərə cavab – 10 mühüm məsələ

Qarabağ danışıqlarında kritik dönəm

Azərbaycanda daha iki bank bağlanır

İlham Əliyev Zahid Oruca vəzifə verdi

Məhbus ruhaninin ailəsi nigarandır

İ.Əliyev İslam İnqilabının 40-cı ildönümü gününü təbrik edib

Taleh Bağırzadənin ailəsi: On gündür ondan xəbər yoxdur

“Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”

Gürcüstanda erməni hərbi cinayətkara büstün qoyulması etirazlara səbəb olub

İnqilabın 4-cü nəsli Tale Bağırzadəyə dəstək mərasimi keçirib

Əhli-sünnə imam cümə Tale Bağırzadəni dəstəkləyib və Azərbaycanda islamçıların işgəncə olunmasının pislənilməsini istəyib

Bakıda Həzrət Fatimeyi-Zəhranın (s.ə.) həyatını əks etdirən teatr tamaşası təşkil olunub - FOTO

İranlı millət vəkili: İran milləti ABŞ-ın məğlubiyyətinin 40-cı ilini qeyd edəcək

Borclu kimi axtarışda olan 50 nəfər saxlanılıb

Putin, Ərdoğan və Ruhaninin nələri müzakirə edəcəyi açıqlandı

Tehranda Azərbaycan və İran XİN başçılarının görüşü keçiriləcək

Gürcüstan azərbaycanlıları Tbilisidə etiraz aksiyası keçirdilər

Minsk qrupu Qarabağ müharibəsi köçkünlərinin acınacaqlı durumunu görmür

Sabir bəy, Abbas Lisanini "görən gözün" Abbas Hüseyni niyə görmür üç məsələyə izah verin

Authorities drop criminal charges against Mehman Huseynov

Daha bir inanclı fəal saxlanıldı

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Arxiv
 
Tarix : 2019 fev 10     |     Kod : 57617

Gürcüstan azərbaycanlıları Tbilisidə etiraz aksiyası keçirdilər

Gürcüstan azərbaycanlıları Tbilisidə yerləşən Parlament binasının qarşısında etiraz aksiyası keçiriblər. Etiraza səbəb yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buqaşen qəsəbəsində erməni döyüşçü Mixail Avaqyanın xatirəsinə ucaldılmış abidə olub.

Arannews-Hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, mitinqdə təxminən 500 nəfər iştirak edib. Gürcü və Azərbaycan dilində çıxış edənlər Mixail Avaqyanın Qarabağ və Abxaziya döyüşlərində işitak etdiyini, belə bir abidənin etnik azərbaycanlılara qarşı təhqir olduğunu bildiriblər. Abidənin 20 Yanvar hadisələri günü açılması mənfi hal kimi xüsusi olaraq vurğulanıb.Çıxış edənlərdən Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev Gürcüstan hökumətinin onlara cavabının qanedici olmadığından şikayətlənib: “Müraciət edəndə deyirlər ki, biz Azərbaycan hökuməti ilə danışırıq”. Gedib Azərbaycanla danışın, öz işinizdir. Amma burdakı yerli azərbaycanlıların da fikri var. Bizim də fikrimizə hörmət etmək lazımdır. Çünki bu ölkənin vətəndaşlarıyıq. Bu, həm də bizim etirazımızdır”.Gürcüstan parlamentinin deputatı və Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov Gürcüstanın separatizimdən əziyyət çəkdiyini, buna görə də hökumətin məsələyə həssas yanaşmalı olduğunu xüsusi vurğulayıb.Mitinqin təşkilatçılarından olan gənc fəal Sevinc Hümbətova Meydan Tv-yə bildirib ki, bu məsələ Gürcüstanın azərbaycanlı vətəndaşlarını ciddi narahat edir:“Gürcüstan hökumətindən tələb edirik ki, o büstü tez bir zamanda götürsünlər. Amma bu o demək deyil ki, bir mitinqlə kifayətlənəcəyik. Bu, Gürcüstan hökuməti tərəfindən bizə qarşı atılmış bir səhvdir. Bu, həm də Gürcüstan-Azərbaycan dostluğuna da böyük bir zərbə vurur. Büst götürülənə qədər etirazımız davam edəcək. Ümid edirik ki, Gürcüstan hökuməti tezliklə tələbimizə müsbət cavab verəcək”.

Hümbətova hazırda Gürcüstandakı gürcü və ermənilər arasında problemin olmadığını, amma bu tip məsələlərin ədavəti qızışdıra biləcəyini da açıqlayıb. O, həmçinin son günlərdə mitinqin Azərbaycan hökuməti tərəfindən təşkil olunması barədə səslənən fikirləri təkzib edib:“Bu mitinq Gürcüstandakı azərbaycanlı gənclərin iradəsi sayəsində təşkil edilib. Aksiyada bu barədə mövqeyimizi də aydın göstərdik. Azərbaycan səfirliyinin bizə heç bir təsiri olmayıb”.Avropalı Gürcüstan Partiyasının Marneuli nümayəndəsi və Bələdiyyə üzvü Əhməd İmamquliyev Meydan TV-yə bildirib ki, mitinqdə tək azərbaycanlılar olmayıb:“Burada Gürcüstanda yaşayan digər milli azlıq nümayəndələri, həmçinin gürcülər də var. İstəyimiz odur ki, separatizimdən əziyyət çəkən ölkədə separatçı, əli qana batmış birinin büstü olmasın. Əsas niyyətimiz budur ki, burada iki millət arasında münaqişə yarada biləcək məsələlər olmasın. Avaqyan Qarabağda döyüşüb və bu faktdır. Hətta onun Abxaziyada döyüşməsinə dair də bəzi məlumatlar var. Belə bir adamın abidəsi Gürcüstanda olmamalıdır. İnanırıq ki, Gürcüstan hökuməti doğru addımlar atacaq və artan nifaqın qarşısını alacaq. Biz istəyirik ki, Gürcüstan dövlətinin bölgədə sülhməramlı missiyası olsun. Bizim ölkə parçalayan yox, birləşdirici, xalqları barışığa səsləyəcək işlər görməlidir”.

Bu il, yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Qarabağ döyüşlərində iştirak etdiyi iddia edilən Mixail Avaqyana büst qoyulub. Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirib və büstün götürülməsini istəyib. Eyni vaxtda Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə çağrılıb, bu hadisənin iki ölkə arasındakı münasibətlərə uyğun olmadığı onun diqqətinə çatdırılıb.Yanvarın 25-də hadisə ilə bağlı bəyanat yayan Gürcüstan XİN məsələnin hökumətlər arasında müzakirə olunduğunu və yaranan ajiotajın gərəksizliyini bildirib.Bu hadisədən sonra Azərbaycanın hökumətyönümlü mediası məsələyə diqqət ayırıb və hadisəni “Gürcüstanın xəyanəti” kimi qələmə verib.Fevralın 1-də Azərbaycan Parlamentinin plenar iclasında deputat Əflatun Amaşov məsələyə etirazını bildirib və bu halın iki ölkə arasındakı dostluğa kölgə salmaq məqsədi daşıdığını deyib. Spiker Oqtay Əsədov isə Gürcüstan hökumətinin Azərbaycanın mövqeyini nəzərə alacağına inandığını vurğulayıb.Daha sonra isə Gürcüstan azərbaycanlıları fevralın 5-də Gürcüstan parlamenti önündə aksiya təyin edib. Lakin aksiyanın keçirilməsinə Tbilisi meriyası tərəfindən icazə verilməyib və aksiya fevralın 8-nə təxirə salınıb. Buna səbəb kimi aksiyanın təyin olunduğu parlament binasının qarşısında başqa bir müddətsiz aksiyanın olması göstərilib.


Açar sözlər : 

Yazılıb da (də)   2019 fev 10  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin