Xəbər Lenti

Bakıda Həzrət Vəliyye Əsr(əc)-in mövlud mərasimi keçirilib

Bakı Ərəbistan və Amerikanın yeni nüfuzu qarşısında ehtiyatlı olmalıdır

İmamın (ə.f) qeybinin 8 səbəbi

''Yeməyə çörək tapmırdıq, böyrəyimi satdım, bazarlıq elədim

Düşmən həftə boyu atəşkəsi 135 dəfə pozub

Bakıda Azərbaycan və İran ticarət mərkəzinin açılışı olub

Türkiyə ordusu 2 şəhid verdi

İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri

Hicablı qadının apardığı 10 illik mübarizə nəticə verdi

İran Azərbaycana 3,4 milyard dollar həcmində investisiya yatırıb

Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verdi

Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı

Milli Şura yenə mitinq qərarı verib

Qarabağ Komitəsi mitinq keçirməkdən imtina etdi

Zərif-Ərdoğan görüşündə İran-Türkiyə əlaqələrinin genişləndirilməsi vurğulanıb

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü ABŞ-da keçirilə bilər

Ordunun Tehrandakı paradında S-300 raket sistemi nümayiş etdirilib

Lavrov: "Bakı və Yerevan Dağlıq Qarabağla bağlı son razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır"

İranlı nazir Bakıya gəlir

Azərbaycan Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi

Yəmən Ordusu yeni modern raket istehsal etdi; BƏDR-F

Daha bir qrup siyasi məhbus azadlığa çıxır

Azərbaycan erməni jurnalistləri qəbul etməyə hazırdır

Mübariz Qurbanlı: "Azərbaycanda qadın din xadimlərinə ehtiyac getdikcə artır"

Kərbəla qəhrəmanı: Həzrət Əli Əkbər

Cinayət örətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Elçin Quliyev Ermənistanla sərhəddə

Türk deputat İrəvanda erməniləri susdurdu: “Qarabağ Azərbaycanındır”

Qəbələdə evi yanan ailə: 20 gündür soyuq çadırda yaşayırıq

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

Zərif Bəşşar Əsədlə görüşüb

Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Suriya, İraq və İİR vahid dəmir yolu şəbəkəsi yaratmağı planlaşdırır

İnsanlar öz əməllərində məcbur deyillərm – Hacı İlham Əliyev yazır

Daha bir reper həbs olundu - DİN-dən açıqlama

Rusiya, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin iclası başa çatıb

Qarabağ komitəsi mitinqin vaxtını dəyişdirib

Ermənilər kəndlərimizi atəşə tutdu

Həftə sonu yol qəzalarında 7 nəfər ölüb

Arxiv
 
Tarix : 2019 fev 11     |     Kod : 57622

“Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”

Küncə sıxılmış Emmanuel Makron nəzərlərini fransalı ermənilərə dikib. Maraqlıdır, bəs Ermənistan özü kimə ümid edir, hansı ümidlə yaşayır və bundan sonra hansı planları düzüb-qoşmağı düşünür?

Arannews-Hələlik Ermənistanın baş naziri Nikol Paşinyan bizi də, yaxın-uzaq siyasi dairələri də təəccübləndirməkdə davam edir – xaricdəki diaspordan, onun maliyyə yardımından və siyasi dəstəyindən savayı bir şeyi olmayan ermənilərin hətta “diaspora ilə iş nazirliyi”ni də ləğv edir.Düzdür, bunu belə də başa düşmək olar ki, N.Paşinyan İrəvanı Dağlıq Qarabağ klanı ilə yanaşı həm də xaricdəki erməni diasporunun da diqtəsindən çıxarmağa çalışır, çünki ölkənin dalana gəlib çıxmasında bu diasporun rolu heç də az olmayıb.Amma bunun üçün başqa siyasi əlamətlər də olmalıdır. Fəqət, onlar hələ ki sezilmir, əksinə, bu anlaşılmaz adam ciddi şəkildə Azərbaycan ərazilərinin azad edilməsi haqda danışıqlara başlamaqdansa, Azərbaycan və Türkiyə ilə yeni münasibətlərə start verməkdənsə guya ölkəsini ağır sosial-siyasi durumdan və “regional tənhalıq”dan çıxarmaq üçün dolayı yollar axtarmaqda davam edir.N.Paşinyanın ötən aydan başlayaraq yeni hökumət kabineti formalaşdırmaqla bağlı çabaları, gündə bir nazirliyi ləğv etməsi bir yana, cənab baş nazirin qonşu Gürcüstana tez–tez baş tutan “intim” səfərləri haqqında artıq əvvəlki yazılarda xeyli yazmışıq.Amma N.Paşinyanın Gürcüstana marağı yalnız onunla bağlı deyil ki, bu adam gözəl günlərin birində Tiflisin də Azərbaycan və Türkiyənin Ermənistana qarşı apardığı təcridetmə siyasətində yer alacağından və bununla da demək olar ki, Ermənistanın ətrafındakı izolyasiya həlqəsini qapayacağından narahatdır.Yox, məsələ bundadır ki, indi vəzifədən də, millətinin gözündən də düşən və yalnız prokurorlara, müstəntiqlərə maraqlı olan eks-prezident Serj Sarqsyanın vaxtında Ermənistan və Gürcüstan hökumətləri arasında Ermənistanı Rusiya ilə birləşdirən nəqliyyat dəhlizinin genişləndirilməsi ilə bağlı danışıqlar aparılmağa başlanılmışdı.Bu vaxta qədər əsas problem onda idi ki, hipotetik dəhliz qismən separatist Abxaziyanı və hətta deyəsən, Cənubi Osetiyanı da əhatə etməli idi, bu isə məlum səbəblərdən Gürcüstanın maraqlarına cavab vermirdi. Əks təqdirdə Tiflisdə İrəvanın layihəsinə bu qədər müqavimət göstərməzdilər, baxmayaraq ki, layihə nə iqtisadi, nə də siyasi baxımdan onun maraqlarına cavab vermir.Layihənin iqtisadi səmərəsizliyi haqda gürcü ekspertləri hamıdan çox danışır və yazırlar. O ki qaldı layihənin siyasi tərəfinə, güman ki, gürcü siyasətçiləri və ya diplomatları ölkələrinin Ermənistanla yaxınlaşmasının indiki şəraitdə -Azərbaycana qarşı erməni təcavüzünün davam etdiyi bir vaxtda Bakının və eləcə də gənc Gürcüstanın müstəqilliyi və suverenliyi üçün heç də az iş görməmiş Ankaranın maraqlarına cavab vermədiyinin fərqindədirlər.Amma təəssüflə bildirmək lazım gəlir ki, gürcü siyasi-diplomatik isteblişmentinin təmsilçilərinin davranışında biz Azərbaycana münasibətdə simmetrik səmimiyyəti sezmirik – bu ölkədə gah mövcud toponimikanı dəyişməyə, yaşayış məskənlərinin adlarını türkcədən gürcü dilinə çevirməyə girişir və gah da ki, Xocalı soyqırımını törətmiş erməni cəlladlarının şərəfinə abidələr qoyurlar....Hərçənd, gürcü siyasətçiləri və diplomatları, ictimaiyyətçiləri və jurnalistləri “tərəddüd anları”nda, onları “xristian həmrəyliyi” hisləri narahat edəndə bir mühüm və ibrətamiz sual üzərində düşünə bilərdilər: Azərbaycanın və Türkiyənin köməyi və dəstəyi olmasaydı Gürcüstanı indi nələr gözlərdi? Vaxtilə Gürcüstan prezidenti Eduard Şevardnadze birbaşa MDB ölkələrinin toplantısında boş yerə “Bizim böyük qardaşımız var və o, Heydər Əliyevdir!” deyərdimi?!.Əlbəttə böyük regional layihələri həyata keçirərkən Gürcüstan da bizimlə risqləri və təhlükələri bölüşürdü – biz bunu unutmuruq və çox yüksək dərəcədə qiymətləndiririk. Axı Kreml strateqləri daim deyirdilər ki, Azərbaycana toxunmaq lazım deyil, Gürcüstanı götürmək yetər ki, ertəsi gün azərbaycanlılar Kremlin darvazaları önündə növbə tutsunlar!..Amma onlar nə Gürcüstanı götürə bildilər, nə də ki, azərbaycanlılar Kreml darvazaları önündə növbə tutdular; hamısı da onun nəticəsində ki, Bakı və Tiflis birgə hərəkət etdilər, birgə çalışdılar, nə ağır dəqiqələrdə, nə də şad günlərdə biri-birilərini tək qoymadılar.Əlbəttə, indi də iki qonşunun münasibətlərində hansısa ciddi və hiss olunacaq “çat”lar və ya ixtilaflar yoxdur; çox güman ki, bu il Bakı-Tiflis- Qars dəmiryolu bütün gücü ilə işləməyə başlayacaq. Üstəlik, bir də görəcəksən ki, bir-iki ildən sonra əsrin daha bir əfsanəsi– birgə böyük qaz layihəsi də işə düşdü...Bununla belə ürəklərdə yenə də müəyyən inciklik qalmaqdadır. Birincisi, Rusiya mənbələrinə inansaq, ermənilərə Gürcüstandan geniş dəhliz açılması ilə bağlı İsveçrənin vasitəçiliyilə Tiflislə-Moskva arasında aparılan danışıqlarda xeyli irəliləmə var, hətta ötən günlərdə belə deyilirdi ki, tərəflər artıq ortaq məxrəcə gələ bilib və məsələ bu gün–sabah həll olunacaq. Sözsüz ki, bu, bizi narahat etməyə bilməz.İkincisi, gürcülər öz təcrübələrində etnik-millətçiliyin və ya etnik separatizmin nə olduğunu çox yaxşıca bilirlər. Əgər Bakıda və yaxud da Azərbaycanın hər hansı başqa rayonunda, məsələn, gürcü-abxaz və yaxud da gürcü-rus müharibəsinin “qəhrəmanları”na abidələr qoyulsaydı o halda Tiflis bunlara necə baxardı?..Bəli, gürcülər deyə bilər ki, onlar demokratik ölkədə yaşayırlar və bu ölkədə xalqlar “qəhrəman”larının xatirəsini əbədiləşdriməkdə tamam azaddırlar, hətta bəzi hallarda bunun üçün mərkəzi hökumətin icazəsini də almağa ehtiyac duymurlar.Razılaşın ki, təmiz demaqoqiyadan və ağ yalandan başqa bir şey deyil bu. Gürcüstan hələki post - liberal Hollandiya deyil və biz gözəl bilirik ki, onlar ölkələrində yaşayan etnik azlıqların bəzi təşəbbüslərinə necə bir qısqanclıqla yanaşırlar!.. Ən vacibisə başqa detaldır. Biz – azərbaycanlılar və gürcülər daim gileylənirlərik ki, Dünya birliyi, böyük dövlətlər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü məsələsində birmənalı, dəqiq siyasət apamırlar, etnik separatizmə adekvat qiymət vermirlər, hansı ki, təkcə acı və ikrah doğurucu dərəcədə yalançı siyasi, eybəcər dərəcədə millətçi bəyanatlarla və yalnız inzibati separatizmlə müşayiət olunmur, burada əsl müharibə gedir və müharibədə də gənclər, bir çox hallardasa uşaqlar, qocalar və qadınlar tələf olurlar.Odur ki, bir suala cavab verək: Bəs özümüz necə? Özümüz yalnız öz ərazimizdə deyil, qonşularımızın da ərazisində etnik separatizmin bütün təzahürlərinə birmənalı və ədalətli qiymət vermişikmi?Düşünürük, hamı razılaşar ki, Bakı bu məsələdə daha ardıcıl siyasət yürüdür, hansını ki, çox təəssüf ki, rəsmi Tiflis haqqında demək olmur. Bu səbəbdən də, necə deyərlər, hər şeydə vurğuları düzgün qoymağın vaxtıdır – bəli, tamam maskasız və ikiüzlü siyasət olmadan...Diqqətə və təqdirə layiqdir ki, eks-prezident M.Saakaşvili “genişləndirilmiş dəhliz” layihəsilə bağlı dərhal reaksiya verdi. O ki qaldı İvanişvili hökumətinə, yenə də Rusiya mənbələrinə inansaq, bunların başı partiyadaxili çəkişmələrə və parçalanmalara qarışıbdır – guya ki, İvanişvili müəllim öz koalisiyasının bütövlüyünü zorla saxlaya bilir. Nə bilmək olar? Bəlkə elə doğrudan da belədir?..Bütün hallarda, cənab siyasi kardinalın adındakı iki hərfin yerini dəyişməsi (deyilənə görə, gürcülər bilərəkdən tez-tez belə edilər) gülünc bir vəziyyət yaratdığı kimi, Cənubi Qafqazın regional arxitekturasına da biganə yanaşmaq eynilə gülünc bir hala gətirib çıxara bilər, çünki məsəl var, deyirlər ki, atları döngələrdə dəyişməzlər.//Yeni Müsavat



Açar sözlər : 

Yazılıb da (də)   2019 fev 11  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin