Xəbər Lenti

Şirvanda 19 nəfər zəhərlənib

Cinayət törədən 57 nəfər saxlanılıb

Saakaşvilinin partiyası Ukraynada keçiriləcək parlament seçkilərində iştirak etməyəcək

Azərbaycan din və ifadə azadlığını müdafiə edən bəyanatı imzalamaqdan imtina edib

Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq

Rusiyada hərbi hissədə əsgərlər üçün məscid açıldı

Azərbaycan Respublikası anti-İran koalisiyasına qoşulacaqmı

ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

Lavrov: Amerika İrana qarşı təhrikedici hərəkətlərdən əl çəksin

Ənsarullahdan Trampa: Ərəb ölkələrini sağ, amma Yəmən bəhanəsi ilə yox

AXH-nin yürüş-mitinq keçirməsinə icazə verilməyib

İran və Ermənistanın hərbi-texniki həmkarlıqları təkzib olunub

Azərbaycan İranla hərbi əməkdaşlığın genişləndirilməysini müzakirə edib

Ermənistan Azərbaycan Ordusunun mövqelərini pulemyotlardan atəşə tutub

Azəri rəsmi: Gürcüstan sərhədçiləri məsuliyyət daşıyırlar

Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

Bu il Azərbaycanda 23684 nikah, 7082 boşanma halı qeydə alınıb

Türkiyə AB-nin anti-Ankara bəyanatına reaksiya verib

Bakıda Halal məhsulların sərgisi keçirilir

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı layihələrinin uğursuzluğunun səbəbləri-Təhlil

Ermənilər “Gözəlim sənsən” və “Köçəri”ni oğurladılar

"Həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər''

Ərəbistan BƏƏ-nin Yəməndən çıxmasına qəzəblənib

Azərbaycan XİN Polşa vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Ermənistanda hökumət binası qarşısında kəndlilər oturaq aksiya keçiriblər

İmam Rzanın (ə) həyatı “Qızıl Səqqaxana” radio verlişində

Azərbaycan Xalq Hərəkatının toplantısı və polisin reaksiyası

Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil

Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır

Bakı və "Total" Xəzərdə iki enerji yatağının genişləndirilməsini araşdırırlar

Azad Həsənovun məhkəməsi təxirə salındı

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Arxiv Print RSS
 
Tarix : 2019 Feb 11     |     Kod : 57623

Taleh Bağırzadənin ailəsi: On gündür ondan xəbər yoxdur

“Müsəlman Birliyi” Hərəkatının sədri, 9 gündür ki, aclıq etdiyi bildirilən Taleh Bağırzadənin vəkili onunla görüşmək üçün Qobustan həbsxanasına getsə də, görüşə bilməyib

Arannews-Bu barədə Meydan TV-yə ilahiyyatçının ailə üzvləri məlumat verib.Yaxınlarının bildirdiyinə görə, T.Bağırzadə 10 gündür ki, evə zəng eləmir, onun durumu barədə heç bir xəbər ala bilmirlər:“Vəkil fevralın 8-də həbsxanaya gedib, onu rəis Aftandil Ağayevin özü qəbul edib. İddia edib ki, Talehə heç bir işgəncə verilmir. Sözündən belə çıxıb ki, guya Taleh Bağırzadə özü şişirdir. Halbuki, Talehi tanıyanlar yaxşı bilir, o ətrafdakıları narahat etməmək üçün problemlər olanda da bunları demirdi. Vəkil aclıq məsələsini soruşub, rəis konkret cavab verməyib. Deyib ki, özü aclıq elədiyini bildirir, amma bir neçə gün əvvəl onu şəxsən qəbul eləyib söhbətləşəndə aclıq elədiyini hiss etməyib”.Görüşün hansı səbəbdən baş tutmamasına gəlincə, yaxınları deyir ki, həbsxana əməkdaşları gəlib deyib ki, T.Bağırzadə özü imtina edib, vəkillə görüşmək istəmədiyini deyib: “Vəkilin başqa çarəsi qalmayıb, bir məktub yazıb. Göstərib ki, ailə üzvləri, dostları durumundan çox narahatdır. Ona görə də xahiş edirlər ki, aclığı dayandırsın. Həbsxananın əməkdaşı məktubu aparıb, geri qayıdıb deyib ki, Talehə verib, o da oxuyub, bildirib ki, “anladım”. Düzü, bu vəziyyət narahatlığımızı daha da artırıb. Çünki Taleh Bağırzadə ətrafdakılara hörmətlə yanaşan adamdır. Bu adam niyə vəkillə görüşməkdən imtina etməlidir? Niyə evə zəng eləməyib, yaxınlarını narahat saxlamalıdır? Deməli, bilmədiyimiz məsələlər var. Dünəndən narahatlığımız daha da artıb”.Penitensiar Xidmət isə T.Bağırzadənin təzyiqlərə məruz qalması, onun və digər Nardaran məhbusu Abbas Hüseynovun aclıq etməsi barədə məlumatları təkzib edir.T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona və həmin vaxt həbs olunan digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.



Yazılıb da (də)   2019 Feb 11  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap