Tarix : 2019 Feb 12
Kod 57630

Qarabağ danışıqlarında kritik dönəm

Ermənistanın indiki rəhbərliyi sələflərinin yolunu davam etdirsə, ikinci aprel savaşı qaçılmaz olacaq; politoloq: “Azərbaycan aktivliyini və işğalçıya təzyiqi artırmalıdır...”

 Qeyd edək ki, buna qədər də rəsmi Parisə qarşı belə tələblər səslənib. Təəssüf ki, Fransa onlara məhəl qoymayıb və işğalçı ölkəyə reveranslarını davam etdirib. Halbuki azca ədalət hissi olsaydı, vasitəçilikdən özləri könüllü imtina edər, Azərbaycanın tələbini gözləməzdilər.Rəsmi Bakı isə hələ ki səbir göstərir və çox güman ki, danışıqlarda süni fasilənin və müzakirənin yaranmaması naminə buna qərar vermir. Ancaq belə getsə, Fransanın Türkiyə ilə əvəzlənməsi məsələsi gündəmə gələ bilər - Ermənistan buna razı olmasa da.  Bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar Dağlıq Qarabağdakı separatçı rejimi danışıqlara müstəqil tərəf kimi qoşmaq cəhdini davam etdirir. Belə vəziyyətdə sözsüz ki, Bakı həm işğalçı ölkənin sülh prosesini pozmağa yönəlik destruktiv təşəbbüslərini, həm də ermənipərəst Fransa kimi qərəzli vasitəçiləri neytrallaşdırıb formatı saxlamaq zorundadır.“Erməni tərəfinin Dağlıq Qarabağı danışıqlara qoşmaq səyləri praktiki olaraq baş tutan iş deyil”. Bu sözləri erməni politoloq Suren Sərkisyan jurnalistlərə deyib (virtualaz.org). Sərkisyan əmindir ki, Azərbaycan Dağlıq Qarabağın da iştirak edəcəyi danışıqları sadəcə olaraq aparmayacaq, belə danışıqlardan imtina edəcək.“Amma başa düşmək lazımdır ki, Qarabağ əslində danışıqlar prosesinə cəlb olunub. Bu mənadakı həmsədrlərin regiona səfərləri həmişə Qarabağa baş çəkməklə və ”dqr" rəhbərliyi ilə görüşlərlə müşayiət olunur" - o bildirib.Erməni ekspertə görə, danışıqlar prosesi ancaq Minsk Qrupu formatında aparılmalıdır. “Hazırda danışıqları ancaq Azərbaycan və Ermənistan XİN rəhbərləri aparır, onlar mahiyyətcə liderlərin danışıqlarının bərpa edilməsinə hazırlıq görürlər. Azərbaycan prezidentinin və Ermənistan baş nazirinin qeyri-formal görüşləri Minsk Qrupu formatından kənarda baş verir, ona görə də həmin görüşləri danışıqlar prosesinin tərkib hissəsi saymaq olmaz” - Sərkisyan bildirib.Bir daha vurğulayaq ki, Dağlıq Qarabağdakı separatçı və kriminal rejimi danışıqlar prosesində iştirak etməli olduğunu Paşinyan hakimiyyətə gələndən bu yana tez-tez təkrarlayır. Erməni baş nazir bunu belə primitiv arqumentlə əsaslandırır ki, Qarabağ erməniləri ona səs verməyiblər və seçməyiblər. Nəticədə Ermənistanın baş naziri kimi ancaq Ermənistanın adından danışa bilər.

Картинки по запросу BMT TŞ

Azərbaycan isə bu arqumenti və Qarabağın erməni separatçılarının danışıqlarda tərəf kimi iştirakını rədd edir. Bu iştirakı yalnız Dağlıq Qarabağın azərbaycanlı icması ilə birgə mümkün sayır. Çünki BMT Təhlükəsizlik Şurasının Minsk Qrupuna verdiyi mandata əsasən, bu konfliktdə Azərbaycan və Ermənistan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması maraqlı tərəflərdir.

Ermənistan isə separatçıların danışıqlarda tərəf kimi tanınmasına çalışmaqla sözsüz ki, özünü işğal faktından sığortalamaq və Dağlıq Qarabağdakı rejimin de-fakto rəsmi Bakı tərəfindən tanınması kimi məkrlə məqsədlər güdür. Təbii ki, baş tutan deyil. Ən azı ona görə ki, dünya ictimaiyyəti bir ovuc Qarabağ ermənisinin Azərbaycanın ərazisinin 20%-ni işğal etməsinə heç vaxt inanmayıb və inanmayacaq.“Azərbaycan hakimiyyətinin ötən 25 ildə bütün təzyiqlərə rəğmən, münaqişənin formatından geri çəkilməməsi bu gün Dağlıq Qarabağ münaqişəsini Abxaziya və Cənubi Osetiya münaqişəsindən fərqləndirir”. Bunu isə konfliktoloq Əvəz Həsənov deyib.Problemin həll perspektivinə gəlincə, konfliktoloq hesab edir ki, əsas məsələ mümkün güzəştlərlə bağlı olacaq: “Münaqişədə heç kəs uduzmaq istəmir, itirdiyi və yaxud əldə etdiyi torpağı vermək istəmir. Çünki birtərəfli güzəşt hakimiyyətin işini çətinləşdirən amil olacaq. Deməli, daha bir nəticəsiz 25 il gözləmək əvəzinə, xalqın rəyini soruşmağa başlayırlar. Sülh qardaşlıq deyil. Sülh bu münaqişədən az itkilərlə çıxmaq deməkdir. Tarixdə yüzlərlə sülh müqaviləsi olub ki, onu hər iki və yaxud çox tərəf sərfəli şərtlərlə imzalayıblar. Sülh qarşı tərəfin auditoriyasını ram eləmək deməkdir. İndi kim güclü olacaq, onun üçün özünü hazırlamalıdır”.

Картинки по запросу Əvəz Həsənov

Əvəz Həsənov xatırladıb ki, sülh uğrunda döyüş fiziki itkilərlə olmur: “Lakin intellektual mübarizə və siyasi taktiki gedişlər zəif olduqda həmin döyüşdə mövqe itirirsən. Hər kəs əmin olmalıdır ki, sülh qardaşlığa çağırış deyil, sərfəli ”nikah müqaviləsi" kimi bir şeydir. Kimin “vəkili” güclüdürsə, o da çoxlu güzəştlər qazanacaq. Burada emosiya ilə təmkinin vəhdəti daha çox uğur gətirəcək".

Konfliktoloq sülhə gedən yolun uzun olduğunu düşünür: “Sülh üçün mübarizə müharibədən də ağır və məsuliyyətlidir. Müharibədə itirib siyasi şəraiti və ordunu günahlandıra bilərsən. Sülh uğrunda dartışma zamanı isə günahlandırmağa vaxt yoxdur. Çünki qələm, silah siyasətçinin və xalqın əlindədir. Beləcə, sülh istəyən siyasətçi və hakimiyyəti qarşı tərəflə dostluq maraqlandırmır. Onun üçün əsas şərt uduzmadan problemi həll edib ondan yaxa qurtarmaqdır. Bu ərəfədə edilən bütün reveranslar yalnız özünə sərf edən nəticəyə hesablanacaq. Diplomatik gedişlər, xalqın birliyi güclü silahdır”.

*****

Картинки по запросу Elxan Şahinoğlu

Ancaq hələ ki Ermənistanın yeni rəhbərliyi də sülhü yaxınlaşdıra biləcək heç bir ciddi jest eləməyib, siqnal verməyib. Politoloq Elxan Şahinoğlu isə düşünür ki, Ermənistan hakimiyyətinin indiki passiv fəaliyyəti qarşısında Azərbaycan aktivliyini və işğalçıya təzyiqi artırmalıdır.

“Buna görə də ordunun üzərinə böyük məsuliyyət düşür. 2016-cı ilin aprelində işğalçını cəzalandırdıq. Keçən il Naxçıvan ətrafındakı böyük ərazilərimizi azad etdik. Bu siyasəti, təzyiqi davam etdirməliyik. Gözləmə mövqeyinə çəkilsək, bu il də münaqişənin həllində irəliləyiş olmayacaq. Əsas sözü yenə də ordu deməlidir. Bu, o demək deyil ki, geniş miqyasda müharibə olmalıdır. Gördük ki, Naxçıvandan lokal bir hücumla böyük bir ərazini azad etdik. Bu cür addımlar atmaqla, Paşinyanı geri addım atmağa məcbur edə bilərik”, - deyə o əlavə edib.Şübhə yox ki, Paşinyan da sələfləri kimi sülh prosesini süni surətdə uzadarsa, ikinci aprel savaşı qaçılmaz olacaq. Bu mənada Qarabağ danışıqlarında artıq kritik bir dönəmin başladığını söyləmək olar... 


  • Yazılıb
  • da (də) 2019 Feb 12
  • Göndərən مدير سايت Aran News