Tarix : 2019 Feb 13
Kod 57636

Doktor Şeyx Yusif Nasiri , Hacı Tale Bağırzadənin zindandan azad etməsini tələb etdi

İraq alimləri şürasının baş katibi :Tale Bağırzadənin tezlikə azad olmasını sizdən xahiş edirik

Bismillahir-Rəhmanir-Rəhim

Arannews-Şərafətli, azad insanların və İraq xalqının adından.
İnsan hüquqlarının qorunub və təmin olunması, iki dövlət və xalq arasında əlaqələrin davam etməsi və beynəlxalq müqavilələrə ehtiram naminə, Azərbayan respublikası hakimiyyətindən, Hacı Tale Bağırzadəni tezliklə zindandan azad etməsini tələb edirik. Çünki, Hacı Tale Baqirzadə sizin alimlərinizdən və ictimai xadimlərnizdən biri və əsl vətəndaşlıq nümunəsidir. Biz belə hesab edirik ki, bu şəxsi dəyərləndirmək sizin hörmətli hökümətinizin zəruri addımlarından biri olmalıdır. Hacı Tale kimi şəxslər, dövlətlər və xalqlar arasında əlaqələrinizin qurulmasında mühüm rola malikdirlər. Həmçinin dostluq əlaqələrimizin qorunması üçün, Tale Bağırzadənin tezlikə azad olmasını sizdən xahiş edirik.
Hörmətlə Doktor Şeyx Yusif Nasiri
İraq alimləri şürasının baş katibi və Nücəba müqavimət hərəkatının baş katibinin muavini

  • Yazılıb
  • da (də) 2019 Feb 13
  • Göndərən مدير سايت Aran News