Tarix : 2019 Feb 14
Kod 57641

Təbriz əhalisi İslam İnqilabının 40 illiyi bayramında Azərbaycan Respublikasında islamçı məhbuslara qarşı işgəncələri pislədi

Təbrizin qeyrətli və azadlıqsevər müsəlman əhalisi İran İslam İnqilabının 40-cı ildönümünü 22 Bəhmən yürüşünə iştirak edərək bayram keçirib, bu münasibətlə Allaha şükür edib. Öz yürüşləri ilə qəhrəmanlıq yaradan əhali müsəlman ölkəsi olan Azərbaycan Respublikasında islamçıların tezliklə azad edilməsini və onlara qarşı işgəncələrin dayandırılmasını tələb ediblər.

Arannews-22 bəhmən 1397-ci il oyaq Təbrizdə mübarizədən 14600 gün ötdüyü bir vaxtda İslam İnqilabının 40 illiyi münasibətilə unudulmaz və əzəmətli bayram yürüşü keçirildi. Bu əzəmətli gündə İran İslam Respublikası Ordusunun baş komandanı general Musəvi Təbrizin qeyrətli əhalisinin yanında olub. Yürüşə qatılan ordu baş komandanı deyib: “Tarix, Təbrizin qəhrəmanlığını heç vaxt unutmayacaq. 29 bəhmən 1356-cu ildə Təbriz inqilabı şölələndirdi.”General-mayor Abdulrəhim Musəvi əlavə edib: “Təbrizin kimliyi azadlıq, vətənpərvərlik, vətənsevərlik, İslam, Quran və Əhli-beyti (ə) müdafiə etməklə möhkəm bağlıdır. Dünya xalqları insani dəyərləri tanımadığı bir vaxtda Təbriz Məşrutənin, azadlıqsevərliyin, xarici və daxili istismarçılarla mübarizənin bayraqdarı, İran və ötən 40 ildə İnqilabın gözünün işığı olmuşdur.Yaşasın Azərbaycan! Yaşasın Təbriz!”General Musəvi xatırladıb: “Şərqi Azərbaycan təkcə səkkiz illik Müqəddəs Müdafiə dövründə 10 mindən çox şəhid, 23 min veteran İslam İnqilabı və ölkəyə təqdim etmişdir.Bu gün İslam İnqilabının zəfər çalmasından 40 il ötür. Artıq mübarizəmizin 14600 gününü arxada qoymuşuq. İran xalqı xəndəklərdə, sanksiyalarda və mühasirələrdə imperializmlə mübarizə aparmışıq və meydanın fatehi olmuşdur. Bizim bir günümüz də mübarizəsiz ötməyib. Çətinlik və problemlərimiz vardır, amma düşmənin üzünə təbəssüm etməyəcəyik. İran xalqı həzrət Abbasdan (ə) örnək alaraq möhkəm dayanmışdır. Hətta əgər düşmən qılıncı onun əllərini kəssə də, bizim bayrağımıza heç bir təsir göstərə bilməyəcək.”

Bu gün İran İslam İnqilabının zəfər bayramının 40 illiyinin bayram yürüşündə İran xalqı “Allahu Əkbər”, “Amerikaya ölüm”, “İsrailə ölüm”, “Azadlıq baharında şəhidlərin yeri görünür” şüarları verməklə yanaşı dünya imperializminə qarşı nifrətini bildirib, bir daha İmam Xomeyninin (r), şəhidlərin və İnqilabın Müdrik Rəhbərinin ideyaları ilə əhd-peymanlarını təzələyiblər.22 Bəhmən yürüşündə möhtəşəm iştirak edən Təbrizin dindar əhalisi yeni və inqilabçı hərəkətlərində Azərbaycan Respublikasının məzlum məhbus islamçılarının işgəncə olunmasına da etiraz edib və islamçılara dəstək nümayiş etdirib.Təbrizli yürüş iştirakçıları bu soyuq qışda öz isti ürəkləri ilə dünyanın bütün yerində, xüsusilə də müsəlman Azərbaycan Respublikasında olan islamçı məhbuslara və azadlıqsevərlərə başıucalıq arzulayıb, Azərbaycan dövlətindən islamçı məhbuslara qarşı işgəncə və zülmü dayandırmağı tələb ediblər.






















  • Yazılıb
  • da (də) 2019 Feb 14
  • Göndərən مدير سايت Aran News