Tarix : 2019 Feb 14
Kod 57642

İslam İnqilabının 40 illiyi münasibətilə bayram yürüşündə xalq dalğası: Azərbaycanda islamçıların həbs və işgəncə olunmasını pisləyirik

22 Bəhmən möhtəşəm bayram yürüşündə İranın inqilabçı xalqı Tehrandan tutmuş Həmədan, Təbriz, Ərdəbil və digər şəhərlərə qədər hamılıqla Azərbaycan Respublikasında islamçı məhbuslara qarşı təzyiq və işgəncələrin dayandırılmasını və onların azad olunmasını tələb edib.

AranNews – 22 Bəhmən İranda başdan-başa Xəzərdən tutmuş Fars körfəzinə, şərqdən tutmuş qərbə kimi İranın müsəlman xalqı haqqın batilə qalib gəlməsinə şükür etmək üçün möhtəşəm bayram yürüşü keçirərək meydanlara çıxdılar, ötən 40 ildə olduğu kimi, əlbəttə həmişəkindən daha möhkəm İmam Xomeyni (r), İslam İnqilabı, 8 illik Müqəddəs Müdafiə və hərəm müdafiəçiləri şəhidlərinin ideyalarına təkid etdi.Bugünkü yürüşdə müxbir və fotoqrafların gözündən yayınmayan digər bir məsələ yürüş iştirakçıların Azərbaycan Respublikası həbsxanalarında son günlər baş verən hadisələrə xüsusi diqqət yetirmələri idi. Bu hadisələr İranın inqilabçı xalqının iti gözlərindən yayınmamışdı, əhali Tehran, Təbriz, Həmədan, Ərdəbil və digər şəhərlərdə islamçıların və İslam dinini təbliğ etdiklərinə görə bu ölkənin təhlükəsiz qüvvələri tərəfindən saxlanılaraq əsassız ittihamlarla həbs edilən və zindanda işgəncələrə məruz qalan islamçı məhbusların problemlərinə reaksiya vermişdir.Yürüş iştirakçıları əllərində Azərbaycan Respublikası islamçı məhbuslarının şəkillərini tutaraq onların azad olunmasını istədi.Qeyd edək ki, son günlərdə medialarda islamçı məhbuslara qarşı mənəvi və işgəncə verilməsi xəbərləri yayılmışdır.İranın inqilabçı xalqı 40 il ötməsinə baxmayaraq hələ də bədənlərində inqilabın qələbəsindən qabaqkı işgəncə və yara əlamətlərini daşıyan yaşca böyükləri unutmayıb və hər xalqdan daha artıq əsassız bəhanələrlə verilən işgəncələri dərk edir. Ona görə də bu gün Azərbaycan Respublikasındakı islamçı qardaşları ilə ürəkdən həmrəy olduğunu bildirir, müsəlman bir ölkədə İslam dinini müdafiə etdiyi üçün zindana məhkum olmağı İslam qanunlarına, hətta insan haqlarına zidd bilir, Mövsüm Səmədov, Tale Bağırzadə və onların digər dindar yoldaşlarının həbsdən azad olunmasını, onlara qarşı işgəncə və qeyri-insani hərəkətlərin dayandırılmasını tələb edir.

Tehran                                                                                                         











Təbriz










Bicar







Ərdəbil










İslamşəhr







Həmədan



  • Yazılıb
  • da (də) 2019 Feb 14
  • Göndərən مدير سايت Aran News