Tarix : 2019 Feb 15
Kod 57645

Putin İrana təşəkkür etdi

Rusiya və İran prezidentləri arasında görüş olub.

Arannews-“Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Soçidə keçirilən Suriyaya dair sammitdə Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə görüş keçirib.Görüş zamanı Putin Suriya probleminin həlli istiqamətindəki töhfələrə görə Ruhaniyə öz təşəkkürünü bildirib.“İranın Suriya probleminin həlli istiqamətindəki töhfələrinə görə sizə təşəkkür etmək istəyərdim. Biz çox gərgin və koordinasiyalı şəkildə işləyirik. Yalnız belə iş stili bizə istənilən nəticəni verəcək”, - deyə o qeyd edib.Putin həmçinin İranda baş vermiş terror aktı ilə bağlı da Ruhaniyə başsağlığı verib.

Xatırladaq ki, Putin həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.


  • Yazılıb
  • da (də) 2019 Feb 15
  • Göndərən مدير سايت Aran News