Tarix : 2008 Jul 11
Kod 5765

Kondoliza Rays gürcü siyasətçilərlə görüşlərə başlayıb

Amerika rəsmisi Tiflisdəki danışıqlarında Gürcüstanın münaqişə bölgələrindəki vəziyyət, o cümlədən də bu ölkənin NATO-ya inteqrasiyası məsələsini müzakirə edib
Gorgia Servisi/Aran Agentliyi
Gürcüstanda səfədə olan Amerika Birləşmiş Ştatlarının dövlət katibi Kondoliza Rays bu səhərdən etibarən gürcü siyasətçilərlə görüşlərə başlayıb. Tiflisdəki "Meriott" mehmanxanasında keçirilən görüşdə ölkənin keçmiş spikeri Nino Burcanadze, müxalifət partiyalarının liderləri David Usupaşvili, David Qamkrelidze, Şalva Natelaşvili, Levan Qaçeçiladze, Salome Zurabişvili və Giya Tarqamadze iştirak edib. Kondoliza Rays həmçinin Amerikanın bu ölkədəki səfiri Con Teft və səfirlik əməkdaşları ilə görüş keçirib.
    Bir qədər əvvəl isə Gürcüstan prezidenti Mixail Saakaşvilinin iqamətgahında danışıqlar aparılıb. Bu dəqiqələrdə isə tərəflər birgə brifinq keçirir. Amerika rəsmisi Tiflisdəki danışıqlarında Gürcüstanın münaqişə bölgələrindəki vəziyyət, o cümlədən də bu ölkənin NATO-ya inteqrasiyası məsələsini müzakirə edib.
  • Yazılıb
  • da (də) 2008 Jul 11