Tarix : 2019 Feb 16
Kod 57652

Şeyx Salman həbsxanadan Bəhreyn rejiminə mesaj göndərdi

Bəhreynin "Əl-Vəfaq" İslam cəmiyyətinin baş katibi Şeyx Əli Salman həbsxanadan Əl-Xəlifə rejiminə müraciət edib.

Arannews-ParsToday-a istinadən verdiyi xəbərə görə, bu haqda Livanın "Əl-Əhəd" saytı yazır.Məlumata əsasən, müraciətdə Şeyx sionist rejimi ilə münasibətlərin normallaşmasına qarşı çıxıb.O, Bəhreyn xalqının mübariz olduğunu vurğulayaraq, bildirib ki, Əl-Xəlifə rejimini inqilabçıları susdura bilməyəcək."Xalq azadlıq, bərabərlik və fundamental dəyişikliklər əldə olunanadək mübarizəni davam etdirəcək",- deyə Şeyx Salman bildirib."Əl-Vəfaq" hərəkatının baş katibinin sözlərinə görə, Bəhreyn xalqının təhlükəsizlik və sabitliyə ehtiyacı var. Əl-Xəlifə rejimi Bəhreyn camaatının qanuni və aşkar tələblərini eşitməlidir. Bu, ölkəni sabitlik və firavanlığa aparan yeganə düzgün yoldur.Şeyx Salman, həmçinin, bütün məhbusları azad etməyə və sürgünləri geri qaytarmağa çağırıb.Xatırladaq ki, 2011-ci ildən Əl-Xəlifə rejimin qəddar siyasəti nəticəsində Bəhreyn ictimai narazılıqlar böhranıyla üzləşib.

  • Yazılıb
  • da (də) 2019 Feb 16
  • Göndərən مدير سايت Aran News