Tarix : 2019 Feb 16
Kod 57653

Ərdoğan Suriyanın ərazi bütövlüyünün bərpası üçün şərt qoyub

Türkiyə prezidenti Soçidə öz rus həmkarı ilə görüşdə Suriyanın ərazi bütövlüyünün bərpasını kürd silahlı qruplarının Fərat çayının şərqindən və Mənbic şəhərindən çıxmaları ilə şərtləndirib.

Arannews-Həqiqət QHT (Truth NGO) - Rəcəb Tayyıb Ərdoğan bu gün üçtərəfli Soçi iclasının kənarında Rusiya prezidentilə ikitərəfli görüşdə bildirib ki, Suriyanın ərazi bütövlüyü kürd silahlı qrupları Fərat çayının şərqindən və Mənbic şəhərindən çıxmadan mümkün deyildir.Bundan öncə də Türkiyə prezidenti kürd silahlı qruplarının Mənbic şəhərindəki iştirakından nigarançılıq etmiş və bildirmişdi ki,  bu şəhərdəki durumun dəyişdirilməsi imkanı var. O, kürd silahlı qruplarının Fərat çayının şərqindən və Mənbic şəhərindən çıxmaları ilə bağlı rus rəsmilərin razılığını cəlb etməyə çalışıb.İran, Türkiyə və Rusiya prezidentlərinin Suriyada siyasi stabilliyin bərqərarı, suriyalı didərginlərin geri dönmələri, bu ölkəyə asayişin qaytarılması və regional terrorizmlə birgə mübarizə mehvərli birgünlük Soçi iclasında həmçinin Astana prosesi adlı müzakirələrin nəticələri, Suriya hakimiyyəti və bu ölkənin bərpası dövründə həmkarlıq ətrafında fikir mübadiləsi aparılacaq.

  • Yazılıb
  • da (də) 2019 Feb 16
  • Göndərən مدير سايت Aran News