Tarix : 2019 Feb 16
Kod 57656

Deputatxanaya girməyi "yuxarların" gözünə girmək hesab edən deputat

Kim nəyə layiqdirsə xalq da o mənada başa düşəcək.

Arannews-Əvvəla deyim ki, "girmək" sözünü heç də türkün məsəli kimi qəbul etməyin. Heç də türkün məsəli deyil, əsil azərbaycanlının məsəlidir. Yəni, Elşən Musayev haqda dediklərimiz Azərbaycan xalqının ona verdiyi qiymətdir. İndi Elşənin öz məsəli nəyin məsəlidirsə bunu axtarıb tapmaq əziz oxucunun işidir.Əlbəttə, "girmək" sözünün əvvəlinə "göz" sözünü ona görə əlavə etdik ki, sonra bizi saxta dindarçılıq etməkdə ittiham etməsin. Deməsin ki, siz necə dindarsınız ki, tərbiyəsiz sözlər yazırsınız. Onsuz da biz "söz" sözünü yazmayıb təkcə "girmək" sözünü yazsaydıq yenə də bizi heç kim tərbiyəsizlikdə ittiham edə bilməyəckdi. Çünki "yuxarılara girmək" sözü cəmiyyətimizdə ola bilər ki, andıra qalmış türkün məsəli ünvanında pis səslənsin, amma öz-özlüyündə yaxşı mənaya yozulmalıdır. Necə ki, "deputatxanaya girmək" yaxşı mənada anlaşılır. Ya yuxarıların gözündə yaxşı olmaq, ya da yuxarı mənsəblərə girmək. İndi Elşənlə "girmək" sözünü eşidən xalqın öhdəsinə buraxılır. Kim nəyə layiqdirsə xalq da o mənada başa düşəcək. Əlbəttə o da doğrudur ki, deputatxanaya girmək bu gün ölkəmizdə yaxşı mənada başa düşülmür, çünki ora Elşən Musayev kimi adamlar girir.Deputatxanaya, daha doğrusu bizim deputatxanaya isə iki cür girmək olur. Bir deputatxanaya girirsən ki, oturduğun kreslonun haqqını layiqincə ödəyəsən. Yəni məzlum xalqı dərbədər günə qoyanları ifşa edənləri söyəsən, hakimiyyətə yaltaqlanasan. Ya da ki, yaltaqlanmaqla deputatxanaya girəsən. Hər ikisi nəticə etibarilə pisdir. Çünki bizdə deputatxanaya yaxşı məqsədlərlə girmək geridə qalıb.Ola bilər kimsə desin ki, elə "göz" sözü də "girmək" sözünün yanında işlənəndə pis məna verə bilər, lakin biz pis mənada işlətmirik, elə Elşən Musayevin standartlarına çox uyğun və həqiqi mənasında işlədirik. Deməli o, deputatxanaya girib ki, beləliklə də "yuxarıların" gözünə girsin.Əlqərəz, Elşən Musayev üçün gözümüz atmır, qara qaşına-gözünə də vurulmamışıq ki, ölkədə zülmlərə gözünü kor etdiyi halda dəfələrlə korluğunu gözünə soxaq. Amma xalqın gözü tərəzidir. Elşən Musayev isə xalqın gözündən çoxdan düşüb. Üstə gəl, bizim onun barəsində yazdığımız onun üçün bir növ şərəf hesab edilir. Çünki yazığı, dediyi heç bir sərsəmləmələrə müxalifətdən reaksiya gəlmir. Bəli, vecimizə almaya bilərik, amma adamın yazdığı "nağılların" demək olar ki, 99.99 faizindəki mənfi qəhrəmanlar hamıdan qabaq birinci özünə aiddir. Sanki adam özünün romanını yazır.Məsələn son yazısında bu cür səhvə yol verib. Son yazısında belə deyir: xaricdə oturum almağı qucaqda oturum almaq hesab edirlər. Xaricdə əyləşib hakimiyyətin zülmlərini çatdıranları nəzərdə tutur. Biz də bunun müqabilində deyirik ki, sən də deputatxanaya girməyi "yuxarıların" gözünə girmək hesab edirsən. Qarışdırırsan. Sonra deyir ki, Fransada oturanlar bir dəfə hakimiyyəti söyməyi kənara qoyub Qarabağdan danışsınlar. Biz də deyirik ki, düz deyirsən, amma sən də bir dəfə uşaq saytlarına nağıllar yazıb göndərmək əvəzinə bir dəfə yox, yarım dəfə seçicilərinin (əgər varsa) dərd-sərindən yaz. Başqa yerdə deyir ki, Fransa höküməti gedib "sarı jiletlilərin" dərdini çəksin, elə sən də dediyimiz kimi öz seçicilərinin dərdini çək. Yəqin seçicin yoxdur ki, bütün işin-gücün yaltaqlanmaqdan ibadətdir.Bir yerdə yazır ki, xaricdə, məhz Fransada oturum almaq, viza işi çətin proses olduğu halda kimlərsə (siyasi mühacirlər) orada 15 dəqiqəyə oturum alır. Elə biz də onu deyirik də sənə. Deyirik ki, deputatxanaya düşmək çətin ikən sən iki dənə yaltaqlıq etdiyin üçün deputatxanaya düşürsən. Həm də deyir ki, Fransada oturanları öz ağaları yönəldir. Yəni Azərbaycan deputatxanasında xoruldayanları, işə gəlməyənləri, gəlib işləməyənləri, işləyib xalqa ziyan verənləri də məhz Ramiz Mehdiyev idarə edir ki, onlardan biri də sənsən.Bir də xaricdə oturanları "söyüş müxalifəti" adlandırır. Amma özü utanmadan, ana-bacısına hörmət qoymadan başqasının ana-bacısı haqda nalayiq sözlər deyir. Elə yazısındakı "qucaqda oturmaq" sözü də türkün məsəli olsa biyabırçı mənada verir. Bəli, bunlar barədə Elşən Musayev düşünsün. Biz sadəcə onu qəflətdən oyatmağa çalışırıq, yoxsa can onun cəhənnəm Allahın. Oyanır oyansın, oyanmırsa cərə oyansın, cəhənnəmə oyansın. Onsuz da ölsə oyanacaq.


  • Yazılıb
  • da (də) 2019 Feb 16
  • Göndərən مدير سايت Aran News