Tarix : 2019 Feb 17
Kod 57662

Hizbullah lideri: Bizim gücümüz silahda deyil, düşmənlə mübarizəyə etiqadımızdadır

Biz sionist rejimlə mübarizə etmək üçün öz qüdrətimizi günbəgün artırırıq

Arannews-Hizbullah Hərəkatının baş katibi müqavimət gücünün hər gün artmasını vurğulamaqla yanaşı deyib: “İran o qədər güclüdür ki, heç bir ölkənin onunla müharibə etməyə cürəti çatmır.”Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bu gün (şənbə) Hizbullahın şəhid komandirlərinin uca tutulması münasibətilə keçirilən “Yol bələdçiləri” konfransında çıxış edib.Çıxışında müqavimət yolunun şəhidlərini və onların ailələrini uca tutan Hizbullah lideri əlavə edib ki, sionist rejim ən təchizatlanmış ordulardan biri olduğunu iddia edir, amma müqavimətin şəhid komandirləri bu ordunu gülünc vəziyyətə saldı, o dövrün çətinliklərinə baxmayaraq düşmən qarşısında dayandı.Seyid Həsən Nəsrullah vurğulayıb: “Müqavimətin bu gün nail olduqları şəhid komandirlərin irsi və bizim gücümüzün rəmzidir. Müqavimətin gücü hər il artmaqdadır və bu yol davam edəcəkdir. Bütün sanksiyalara, mühasirə, terror, qətl, psixoloji müharibə və onun kimi xain hərəkətlərə baxmayaraq müqavimətin gücü artır.Amerika və sionist rejim neçə onillikdir ki, müqaviməti məhv etməyə təlaş edir, amma buna nail ola bilməyib və bilməyəcək.”Hizbullah lideri çıxışının digər hissəsində Fars körfəzi ölkələrinin sionist rejimlə münasibətlərini normallaşdırması və bu ölkə rəsmilərinin sionist rejim rəsmiləri ilə görüşünə işarə edib, Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri koalisiyasını və təkfirçiləri regionda Amerika planının alətləri adlandırıb.Hizbullahın baş katibi vurğulayıb: “Bizim hazırkı potensiallarımız 2000-ci ildə olduğundan daha çoxdur. Bizim gücümüz silahda deyil, düşmənlə mübarizəyə etiqadımızdadır. Nə qədər ki, bu etiqad mövcuddur, bizi məğlub etmək mümkün deyil.Biz sionist rejimlə mübarizə etmək üçün öz qüdrətimizi günbəgün artırırıq. Düşmən bunu bilir. Bu gün “İsrail”də ordunun müharibəyə hazır olmadığı barədə geniş söz-söhbətlər vardır. Düşmən əmindir ki, bizim mücahidlərimiz Əl-Cəlilə daxil olmağa qadirdir. Amma onlar öz qüvvələrinin bizim torpağımız soxula bilməsi haqda şübhədədirlər.Bu gün Təl-Əvivin narahatlığı cənub (Qəzzə ilə sərhəd) deyil, sionist qəsəbələr salmaqdır. Gücümüzü artırmağımız müdafiə xarakterlidir və çox mühümdür. 2006-cı ildə Livanın cənubunda və 2014-cü ildə Qəzzə müharibəsində İsrailin quru qüvvələri bərk məğlub oldu.Düşmən müqavimət əleyhinə döyüşlərdə məğlub olduqdan sorna bütün dünyanı müqavimət əleyhinə təhrik etməyə səy edir. 2011-ci ildə Amerika, Suriya dövlətini devirmək üçün 140 ölkəni öz başına topladı, amma məğlub oldu. Habelə, bütün dünya Şarm əş-Şeyxdə müqavimət əleyhinə toplandı, lakin məqsədlərinin həyata keçməsində məğlub oldular.”

Dünən Varşavada müqavimət əleyhinə keçirilən iclasa da toxunan Hizbullah lideri deyib: “Bu iclas Binyamin Netanyahuya dəstək vermək, İranı mühasirəyə almaq və müqaviməti zəiflətmək məqsədilə keçirildi, lakin heç bir nəticə əldə olunmadı. Varşava iclası bizi qorxutmur, çünki ondan əvvəl bizim əleyhimizə daha böyük iclaslar keçirilib.Varşava iclasının digər bir məqsədi Fələstin məsələsi idi. Lakin bu barədə əsla söhbət olmadı. İsrail terrorizmin başında dayanır. Əslində Varşava iclası ərəb ölkələrinin sionist rejimlə münasibətlərinin normallaşması və gizli əlaqələrini aşkara çıxarmaq istiqamətində idi.”Seyid Həsən Nəsrullah çıxışının davamında İranda 22 Bəhmən möhtəşəm yürüşünə işarə edib və bunu düşmənin ağzına bərk sillə adlandıraraq deyib: “İran o qədər qüdrətlidir ki, heç kimin ona qarşı müharibə etməyə cürəti çatmır. İranın hökuməti güclü, xalqı həmişə səhnədə və nəsilləri inqilabın hədəflərini qorumaq üçün həmişə hazırdır.”Seyid Həsən Nəsrullah ərəb xalqlarına səslənərək onları sionist rejimlə münasibətlərin normallaşması ilə mübarizə aparmağa çağırıb və əlavə edib: “Ərəb dövlətləri başçıları yaxşı bilir ki, onların ölkələrini xalqları bu məsələni qəbul etməyəcək.” Yəmənin istefa vermiş sabiq prezidentinin Varşava iclasında Netanyahunun yanında oturmasına toxunan Hizbullah lideri deyib: “Bu məsələ göstərir ki, Yəmən əleyhinə müharibənin arxasında Amerika və sionist rejimi dayanır. Yəmən müharibəsi Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə həyata keçən İsrail və Amerikanın Yəmənə qarşı müharibəsidir.”Hizbullah Hərəkatının baş katibi daha sonra İraq və Suriyada İŞİD-in məğlub olmasından danışaraq deyib: “İŞİD Suriyada məhv olmaqdadır. Bundan əvvəl İraqda məhv olmuşdur. Hizbullah İŞİD əleyhinə böyük müharibənin bir hissəsi idi.İŞİD-in məhv edilməsi məsələsində Amerika ikiüzlülük və münafiqlik etmişdir. İŞİD-i Suriya və İraqa gətirən Amerika olmuşdur. Bu ölkə başçıları bunu dəfələrlə etiraf etmişdir. İŞİD-in məhv olmasının təxirə düşməsinə də Amerika səbəb olmuşdur. Onlar bu müharibənin uzanımasını və beləliklə İraqın sərvətini talamaq istəyirdilər. Lakin İraq və müqavimət qüvvələri İŞİD-i məhv etməyə nail oldu.Suriya da Suriya ordusu və onun Rusiya, İran və müqavimət qüvvələri olan müttəfiqləri İŞİD-i məhv etdi. Suriyada da amerikalılar Bukamal və Deyr əz-Zorun azad olmasından sonra İŞİD-in məhv olmasına mane olmağa çalışırdılar. Onlar bu terror qrupunun ömrünün 15 ay uzanımasına səbəb oldular. Amma bugün böyük münafiq Tramp İŞİD-in məhv olmasını elan edir. Halbuki, regionu İŞİD təhlükəsindən qurtaran müqavimət oxu idi, münafiq amerikalılar yox.”

  • Yazılıb
  • da (də) 2019 Feb 17
  • Göndərən مدير سايت Aran News