Tarix : 2019 Feb 18
Kod 57666

HƏMAS: Varşava konfransı yalnız İsrailin maraqlarına xidmət edir

HƏMAS hərəkatının mətbuat katibi Həzim Qasim bəyan edib ki, ABŞ-ın təşəbbüsü ilə Varşavada keçirilən Yaxın Şərq konfransı yalnız işğalçı İsrail rejiminin maraqlarına xidmət edir

Arannews-felestin.info -ya istinadən  xəbər verir ki, Həzim Qasimin sözlərinə görə, ABŞ administrasiyası İsraili region xalqlarına zorla inteqrasiya elətdirməyə çalışır və bu yolla Fələstin məsələsini birdəfəlik ləğv etməyi, yaxud ört-basdır etməyi hədəfləyir."Varşava konfransı işğalçı İsrailin yerinə İranı ən təhlükəli düşmən kimi göstərməyə çalışır. Bu da Yaxın Şərqdə ixtilaf və gərginliyi daha da artırmağa xidmət edir. Bunların hamısı ABŞ administrasiyasının Netanyahuya göstərmiş olduğu pulsuz xidmətlərdir", - deyə o, əlavə edib.Qasimin sözlərinə görə, Varşava konfransı İsrail və ABŞ-ın "əsrin müqaviləsini" gerçəkləşdirməyə hesablanmış bir plandır.Bildirək ki, konfransda Bəhreyn, Səudiyyə Ərəbistanı, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir çox ərəb ölkələri və digər onlarla ölkə iştirak edir.Qeyd edək ki, HƏMAS-la yanaşı inzibati mərkəzi Rəmallahda yerləşən "Fəth"in rəhbərlik etdiyi Fələstin Milli Hökuməti də Varşava konfransını boykot ed

  • Yazılıb
  • da (də) 2019 Feb 18
  • Göndərən مدير سايت Aran News