Tarix : 2019 Feb 18
Kod 57669

Milli Şura mitinq təyin edib

Demokratik Qüvvələrin Milli Şurası fevralın 23-də, saat 15.00-17.00 arasında "Məhsul” stadionunda mitinq keçirmək ilə bağlı qərar qəbul edib.
Arannews-Milli Şura aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib.Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli "Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və sair demokratik çağırışlardan ibarətdir.Milli Şuranın sonuncu mitinqi yanvarın 19-da keçirilmişdi. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 26 yanvar mitinqinə icazə verməmişdi.
  • Yazılıb
  • da (də) 2019 Feb 18
  • Göndərən مدير سايت Aran News