Tarix : 2008 Jul 11
Kod 5768

ABŞ-ın İstanbuldakı Baş konsulluğuna silahlı basqın edilib

. Bir neçə dəqiqə davam edən intensiv atışma nəticəsində üç silahlı öldürülüb və iki polis əməkaşı həlak olub
Turkyə Servisi/Aran Agentliyi

    Amerika Birləşmiş Ştatlarının İstanbuldakı Baş konsulluğunun binası atəşə tutulub.
    CNN Turk telekanalı xəbər verir ki, hücum edənlər masqalı olub, onlar ağ rəngli avtomobildə polis məntəqəsini gülləbəran ediblər. Asayiş keşikçiləri cavab atəşi açmağa məcbur olub. Bir neçə dəqiqə davam edən intensiv atışma nəticəsində üç silahlı öldürülüb və iki polis əməkaşı həlak olub. Hadisədən bir neçə dəqiqə sonra əraziyə hüquq-mühafizə orqanlarının xüsusi briqadaları və Təcili Tibbi yardım maşınları gəlib. Onlar yaralıları xəstəxanaya apararkən, yolda, yaralı polis əməkdaşlarından daha biri keçinib. Daha iki nəfər isə reanimasiya şöbəsindədir. ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun sözcüsü Keti Şallou bildirib ki, onlar konsulluqda viza almaq üçün növbədə dayanan vətəndaşlar olub.
    İstanbul valisi Müəmmər Gülər jurnalistlərə bildirib ki, terrorçuların şəxsiyyəti müəyyənləşdirilir. "Amma onların hansı terror təşkilatının üzvü olduğunu açıqlamayacağıq. Hadisə təzə baş verib və polis isti izlərlə onların izinə düşməyə çalışır. Bircə onu deyə bilərəm ki, hadisə yerində çoxlu sayda giliz, müxtəlia növ silah aşkar edilib".
    ** 
    CNN Turk telekanalı xəbər verir ki, hücum edənlər masqalı olub, onlar ağ rəngli avtomobildə polis məntəqəsini gülləbəran ediblər. Asayiş keşikçiləri cavab atəşi açmağa məcbur olub. Bir neçə dəqiqə davam edən intensiv atışma nəticəsində iki polis əməkdaşı həlak olub, üç silahlı öldürülüb. Hadisədən bir neçə dəqiqə sonra əraziyə hüquq-mühafizə orqanlarının xüsusi briqadaları və Təcili Tibbi yardım maşınları gəlib. Onlar yaralıları xəstəxanaya apararkən, yolda, yaralı polis əməkdaşlarından daha biri keçinib. Daha iki nəfər isə reanimasiya şöbəsindədir. ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun sözcüsü Keti Şallou bildirib ki, onlar konsulluqda viza almaq üçün növbədə dayanan vətəndaşlar olub. 
     
    İstanbul valisi Müəmmər Gülər jurnalistlərə bildirib ki, terrorçuların şəxsiyyəti müəyyənləşdirilir. "Amma onların hansı terror təşkilatının üzvü olduğunu açıqlamayacağıq. Hadisə təzəcə baş verib və polis isti izlərlə onların izinə düşməyə çalışır. Bircə onu deyə bilərəm ki, hadisə yerində çoxlu sayda giliz, müxtəlia növ silah aşkar edilib". /ANS Press/
    
    Konsulluğa basqında şəhid olan polislərin adları açıqlandı
 
    ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna basqın zamanı şəhid olan polis məmurlarının adları açıqlanıb: Nedim Çalık, Erdal Öztac və Mehmet Saçaklıoğlu. Bu arada İstanbul valisi Muammer Güler Konsulluğa basqın edənlərdən ikisinin Türkiyə vətəndaşı olduğunu deyib.
   
    Baş Konsulluğa hücumun məqsədləri aydınlaşmağa başlayıb. Terrorçuların 8-10 dəqiqəyədək davam edən atışmada içəri girmək üçün mübarizə apardıqları, amma polisin müqavimət göstərməsi nəticəsində bunu bacarmadıqları məlum olub. Konsulluğa soxulmağı nəzərdə tutan terrorçuların içəri girərək qətliyam törətmək istədikləri bildirilir.

 
  • Yazılıb
  • da (də) 2008 Jul 11