Tarix : 2019 Feb 21
Kod 57685

Qüdslü fəal: İsrail Qüdsü yəhudiləşdirmək üçün əlindən gələni edir

Bizim işğalçı İsraildən yeganə gözləntimiz budur ki, Qüdsə qarşı və müqəddəs əl-Əqsa məscidinə qarşı öz qəddarlığını və vəhşiliyini daha da artırsın". Bu sözləri qüdslü fəal Zeyna Əmr deyir.
Arannews-Fələstin İnformasiya Mərkəzinə müsahibə verən Z.Əmrin sözlərinə görə, İsrail öz bütün müdafiə, hərbi, iqtisadi və digər üsulları ilə əlləşir ki, Qüdsü şəriksiz bir yəhudi şəhərinə çevirsin.

Qüds sakinlərinə qarşı bitməyən təzyiqlər

"Gözləntimiz budur ki, işğalçı rejim bizə qarşı təzyiqlərini daha da artıracaq. Çünki onların düşüncəsi budur ki, hazırda Qüdsə və əl-Əqsaya təzyiq etmək üçün ən uyğun fürsətdir, öz buradakı hegemonluqlarını gücləndirməklə yəhudi dövləti xülyasını gerçəkləşdirməyin vaxtıdır", - deyə xanım Əmr deyib.

O, qeyd edib ki, hazırda İsrail rejimi inanır ki, ərəb və müsəlman liderlər yəhudi dövlətilə yaxınlaşmaq arzusundadırlar, yəni fələstinlilərin və qüdslülərin üzləşdiyi problemlər onların vecinə deyil. İsrail öz qəsbkarlıq siyasətini maneəsiz və rahat şəkildə irəli apardığı bir ərəfədə cinayət və zorakılıqlarını niyə dayandırsın?!

"İşğalçı İsrail fələstinlilər arasında mövcud olan təfriqədən maksimum yararlanaraq öz irqçi planlarını həyata keçirir. Biz birləşməsək, işğala qarşı birgə müqavimət göstərməsək, təzyiq və zülm altında yaşamağa davam edəcəyik, hətta işğalçının repressiyaları təsəvvür etdiyimizdən də ağır olacaq", - deyə qadın fəal diqqətə çatdırıb.Əl-Əqsa məscidini mütəmadi ziyarət yəhudiləşdirmə prosesini əngəlləyirƏl-Əqsa məscidini ziyarət etməyin, gündəlik ibadətləri burada yerinə yetirməyin əhəmiyyətinə toxunan xanım Əmr belə deyib: "Müqəddəs əl-Əqsa məscidində olmaq, şübhəsiz ki, buranı qorumaq üçün müstəsna rol oynayır. Burada mütəmadi olmaq işğalçıların planlarını pozur, müdaxilələrini məhdudlaşdırır, ümumiyyətlə işğalçı rejimin bu məkanla və ona bağlı ətraf ərazilər barədəki bütün məkrli planlarını puç edir".

O, əl-Əqsa məscidinin həyətindəki müxtəlif meydançalarda fəaliyyət göstərən Quran kurslarının misilsiz roluna işarə edərək bu cür qrupların Qüdsün yəhudiləşdirilməsi kimi işğalçı planlar qarşısında müdafiə qalası rolunu ifa etdiyini dilə gətirib.Qüds tamamilə təhdid altındadırBu baxımdan xanım Əmr Qüdsdə baş verən bütün prosesləri diqqətlə nəzərdən keçirməyin tərəfdarı olduğunu deyir: "Qüdsdə hər şey, hər kəs əziyyət çəkir. Bu əziyyət Qüdsün mənəvi məsuliyyəti, yaraları, narahatlıqları, problemləri, təhqir olunması və yoxsulluqla üz-üzə qoyulması şəklində özünü göstərir. Bunları da baiskarı işğalçı rejimdir. Qüds sakinlərinin həyatı son dərəcə acınacaqlı hala çatıb. Qüdslülər yalnız gündəlik dolanışıqlarını necə təmin etmək barədə düşünməyə məcbur olublar. Onlar qorxu və narahatlıq içində yaşayırlar, çünki hər an işğalçılar tərəfindən evləri sökülə, özləri həbsə atıla, doğma şəhərdən deportasiya edilə, yaxud zorla buranı tərk etməyə vadar edilə bilərlər".

Zeyna Əmr onu da qeyd edib ki, işğalçı rejim sanki Qüdsdə əsl müharibə ab-havası yaradıb. Bu müharibə ab-havası burada həyatın bütün sahələrinə təsir edib. Ən əsas da budur ki, işğalçı sistem elə bir mühit yaratmağa çalışır ki, qüdslülərin yeganə işi öz şəxsi problemləri olsun və əl-Əqsa məscidinə vaxt ayıra bilməsinlər. Lakin fələstinli inanclılar heç bir təhdiddən qorxub çəkinmədən Qüdsü qorumaq və düşmənin işğalçı planlarına qarşı dirənməkdən vaz keçmirlər.

İnanclılar İsrailin əsas hədəfində - fırtınanın ortasındadırlar

Xanım Əmr diqqətə çatdırıb ki, işğalçı İsrail rejimi Qüds dindarlarını hər vasitə ilə əzməyə başlayıb. Rejimin xüsusi xidmət orqanları dindarları izləyərək onların fotoşəkillərini çəkir, fəaliyyətlərini müşahidə edir. Daha sonra təkləyərək döyür, təhqir edir, nəhayət həbsə atır. Ardınca isə asanlıqla şəhərdən deportasiya edir. Deportasiya isə Əqsa məscidinin sevgisini qəlbində daşıyan hər bir mömin üçün ən ağır prosedurdur.

"Bundan başqa, işğalçı İsrail rejimi inanclı şəxslər və onların ailə üzvlərinin tibbi xidmətlərdən istifadəsini qadağan edib, onların səfər etməsinə və bir sıra digər hüquqlarına ciddi məhdudiyyətlər tətbiq edib. Hətta bütün bunlara rəğmən məqsədlərinə çata bilməyən işğalçı rejim bu dəfə bizim Qüdsdəki mövcudluğumuzu təhdid etməyə başlayır, bizi öz kökümüzdən qoparmağa cəhdlər edir", - deyə islamçı fəal açıqlamasında qeyd edib.

İşğalçı rejim Əqsa məscidində rəhbərlik etdiyi Rabat layihəsini bəhanə kimi göstərərək Zeyna Əmrə öz evini sökməli olduğu barədə xəbərdarlıq edib. Qərar hələ də qüvvədədir, lakin xanım Əmr də mövqeyində qətiyyətlidir: "Nə istəyirlərsə, qoy etsinlər, amma bunlar bizi yolumuzdan döndərə bilməz. Əgər evimizi söksələr belə, möhkəm dayanacağıq. Çünki əl-Əqsa məscidinin uğrunda hər şeyimizi qurban verməyə hazırıq, hətta evimizi söksələr belə".

Malayziya Qüds məsələsinə laqeyd yanaşmır

Xanım Zeyna Əmr belə deyir: "Mən Malayziyada Qüds məsələsinə verilən önəm və burada Qüds mövzusunun daim gündəmdə saxlanılmasını görəndə, həqiqətən heyrətləndim. Qüds məsələsi burada elementar səviyyədə deyil, hətta rəsmi səviyyədə də diqqətdə saxlanılır. Burada hökumət rəsmiləri bizə imkan yaratdılar ki, Qüdsün səsini çatdıraq, problemlərindən danışaq və biz bundan çox şadıq. Qüdsün səsi burada artıq hər kəsə çatıb. Əminəm ki, biz böyük ruh yüksəkliyilə Qüdsə qayıdacağıq və qurtuluşun yaxın olduğuna ümidimiz daha da artacaq".

Fələstin İnformasiya Mərkəzinə verdiyi müsahibənin sonunda xanım Zeyna Əmr bir daha təsdiqləyib ki, hazırda mühüm bir tarixi dövrə şahidlik edirik: "Bu mərhələ çox vacibdir, lakin biz hələ ki, keşməkeşli yollardan keçirik. Amma Allahın vədinə olduqca yaxınlaşmışıq və işğaldan qurtuluş mərhələsinə hazırlaşmaq kimi qürurverici bir məqama layiqik"


  • Yazılıb
  • da (də) 2019 Feb 21
  • Göndərən مدير سايت Aran News