Tarix : 2019 Feb 21
Kod 57686

Cəbhəçi Rövşən Quliyev həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən biri, uzun müddət partiyanın Rəyasət Heyətində təmsil olunmuş iqtisadçı Rövşən Quliyevin həbs olunduğu bildirilir.
Arannews-Bu barədə Meydan TV-yə məlumat verən AXCP sədri Əli Kərimlinin sözlərinə görə, Rövşən Quliyev  həbs olunub. Onun evində axtarış aparılıb və şəxsi kompüteri götürülüb.Əli Kərimli Rövşən Quliyevin həbsini siyasi motivli sayır: "Ailəsindən aldığım məlumata görə, Rövşən bə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Artıq ailəsi vəkil də tutub".Əli Kərimli qeyd edib ki, Rövşən Quliyev 5 il əvvəl səhhətində yaranan problemlə əlaqədar siyasi fəaliyyətdən uzaqlaşmışdı: 
"Bu səbəbdən ailəsi onun müalicəsi ilə məşğul idi. İlham Əliyevin və Ramil Usubovun nəzərinə çatdırıram ki, onlar Rövşən Quliyevin həyatı üçün məsuliyyət daşıyırlar".

  • Yazılıb
  • da (də) 2019 Feb 21
  • Göndərən مدير سايت Aran News