Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən biri, uzun müddət partiyanın Rəyasət Heyətində təmsil olunmuş iqtisadçı Rövşən Quliyevin həbs olunduğu bildirilir.
Arannews-Bu barədə Meydan TV-yə məlumat verən AXCP sədri Əli Kərimlinin sözlərinə görə, Rövşən Quliyev həbs olunub. Onun evində axtarış aparılıb və şəxsi kompüteri götürülüb.Əli Kərimli Rövşən Quliyevin həbsini siyasi motivli sayır: "Ailəsindən aldığım məlumata görə, Rövşən bə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Artıq ailəsi vəkil də tutub".Əli Kərimli qeyd edib ki, Rövşən Quliyev 5 il əvvəl səhhətində yaranan problemlə əlaqədar siyasi fəaliyyətdən uzaqlaşmışdı: "Bu səbəbdən ailəsi onun müalicəsi ilə məşğul idi. İlham Əliyevin və Ramil Usubovun nəzərinə çatdırıram ki, onlar Rövşən Quliyevin həyatı üçün məsuliyyət daşıyırlar".