Tarix : 2019 Feb 21
Kod 57687

Ərdoğan NATO-nu terrorçulara dəstəkdə ittiham etdi

Türkiyə prezidenti NATO-nu tənqid edib.
“Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun siyasətini tənqid edərək qeyd edib ki, ittifaq “terrorçulara silah verir”, lakin həmin silahlardan Türkiyəyə satmır.“NATO - bu necə bir ittifaqdır ki, terrorçulara pulsuz şəkildə 23 min yük maşını silah verib, amma həmin silahları Türkiyəyə satmır”, - deyə o bildirib.Xatırladaq ki, ABŞ Türkiyəni Rusiyada hava hücumundan müdafiə sistemləri almamağa səsləyir.

  • Yazılıb
  • da (də) 2019 Feb 21
  • Göndərən مدير سايت Aran News