Tarix : 2019 Feb 21
Kod 57689

Azərbaycan R-nın hərbi heyəti İran İslam Respublikası Ordusunun Komdanda-Qərargah Akademiyasında olub

Azərbaycan Respublikasının hərbi heyəti İran İslam Respublikası Ordusunun Komdanda-Qərargah Akademiyasında olub. Bu heyət akademiyanın komandanı ilə görüşərək, ordunun müxtəlif bölmələrindən baxış keçiribdir.
Arannews-Rəhim Cəfərovun başçılıq etdiyi bu hərbi heyət İran İslam Respublikası Ordusunun Komdanda-Qərargah Akademiyasına daxil olarkən akademiyanın komandanı 2-ci dərəcəli briqada generalı Hoseyn Vəlivənd Zəmani tərəfindən qarşılanıb.2-ci dərəcəli briqada generalı Vəlivənd bu görüşdə İran İslam Respublikası Ordusunun Komdanda-Qərargah Akademiyasının elmi-tədqiqat özəllikləri və bacarıqlarını şərh edərək, deyib ki, bu akademiya hər bir təhsil dövründə dost və müttəfiq ölkələrdən tələbə qəbul edir və azərbaycanlı tələbələri qəbul etməyə və onlara təhsil verməyə də hazırıq.Akademiyanın komandanı sonra İran və Azərbaycan Respublikasının dərin və dostcasına əlaqələrinə toxunaraq, belə əlavə edib: İki ölkə əlaqələri Azərbaycan Respublikasının istiqlaliyyətindən sonra daim inkişafda olub və bu əlaqələr dairəsi hərbi-müdafiə sahəsində də genişlənə bilər.Bu görüşün davamında Azərbaycan Respublikasının hərbi heyətinin başçısı general-mayor Rəhim Cəfərov da belə deyib: İki ölkə yaxşı əlaqələrə və müştərək həmkarlıqların gücləndirilməsi üçün bir çox sahələrə malikdir ki, bu qəbildən müştərək dinə, həmçinin bu ölkənin müxtəlif nöqtələrində olan bəzi iranlılarla müştərək dilə, geniş su və quru sərhədlərinə, hamısından mühümü, iki ölkə arasındakı dostluq və səmimilik hissinə işarə etmək olar.O, İranın silahlı qüvvələrinin müdafiə-hərbi təlimlərini təqdirəlayiq adlandırıb və belə əlavə edib: Qabaqkı illərdə sizin hərbi qüvvələriniz bizə hərbi sahələrdə bir çox faydalı təlimlər keçdilər və biz sizin hərbi təcrübə və nailiyyətlərinizdən bəhrələnməyə olduqca maraqlıyıq. Bu görüşün davamında Müqəddəs Müdafiənin bəzi mühüm əməliyyatları, o cümlədən Fəthulmubin əməliyyatı elmi şəkildə baxış keçirən heyət üçün şərh olundu və sonra İran və Azərbaycan Respublikasının dostluq ağacı kimi İran İslam Respublikası Ordusunun Komdanda-Qərargah Akademiyasında bir fidanın əkilməsilə iki ölkənin təlim və tədqiqat sahələrindəki hərbi əməkdaşlıqlarınını gücləndirilməsinə təkid olundu.

  • Yazılıb
  • da (də) 2019 Feb 21
  • Göndərən مدير سايت Aran News