Tarix : 2019 Feb 23
Kod 57694

Daha bir AXCP üzvünün saxlandığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Yasamal rayon Gənclər Komitəsinin sədri Məhəmməd Rza fevralın 21-də saxlanıb.
Arannews-Bunu Azadlıq Radiosuna AXCP-dən bildiriblər.Partiyadan verilən açıqlamaya görə, M.Rzanı mülkigeyimli şəxslər fevralın 21-də Nizami rayonundakı «Laçın» Ticarət Mərkəzində saxlayıblar.«Məhəmməd Rzanın ailəsinə Nizami Rayon Polis İdarəsindən bildiriblər ki, o, inzibati qaydada saxlanıb. Amma saxlanmasının səbəbi və inzibati həbs müddəti barədə hər hansı məlumat verməyiblər», - partiyanın açıqlamasında qeyd edilir.Bu deyilənləri, hələlik, Nizami Rayon Polis İdarəsi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.XatırlatmaAXCP-dən verilən məlumata görə, təkcə bu ilin əvvəlindən 35-dən çox siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 20-25 sutkalıq həbs cəzası alıb. Bundan başqa, bu partiyanın 10-a yaxın fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər. Bəzilərinin də məhkəməsi gedir. AXCP onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs olunduğunu bəyan edib.Rəsmilər isə insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərə məruz qalması ilə bağlı iddiaları qəbul etmirlər. Onlar ölkədə bütün fundamental azadlıqların qorunduğunu deyirlər.
  • Yazılıb
  • da (də) 2019 Feb 23
  • Göndərən مدير سايت Aran News