Tarix : 2019 Feb 23
Kod 57697

Azərbaycan “QHT-lərin hüquqlarının pozulduğu ölkələr” sırasına daxil edilib

Cümə axşamı günü dərc olunan hesabatda QHT-lərə qarşı sərt qanunlar tətbiq edən 50 ölkə qeyd olunub.
Arannews-BBC-yə istinadən xəbər verir ki, bu barədə Amnesty International beynəlxalq hüquq-müdafiəsi təşkilatının "Susmağa məcbur etmək üçün hazırlanan qanunlar: Vətəndaş Cəmiyyəti Təşkilatlarının Qlobal Çöküşü" adlı yeni hesabatında bildirilir.Sənəddə qeyd olunur ki, ötən il dünyada bir çox hökumətlər məhdudlaşdırıcı qanunlar tətbiq etməklə QHT-lər və onların əməkdaşlarını hədəfləyən bürokratik əngəllər və həbs təhlükəsi yaratmaqla hücumları artırıb.Cümə axşamı günü dərc olunan hesabatda QHT-lərə qarşı sərt qanunlar tətbiq edən 50 ölkə qeyd olunub.Hesabatda Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasına daxil edilib."Azərbaycan, Çin, Rusiya kimi ölkələrdə QHT-lərin qeydiyyatı və hesabatlılığı ilə bağlı tələblər hazırlanıb. Həmin tələblərə əməl etməməyin cəzası həbsdir. Azərbaycanlı hüquq müdafiəçisi Rəsul Cəfərov bunun nə olduğunu yaxşı bilir", - sənəddə deyilir."Mən İnsan Hüquqları Klubunda fəaliyyətimə və nümayişlərdə iştirakıma görə həbs olunmuşam", - bir ildən çox həbsxanada qaldıqdan sonra 2016-cı ildə azadlığa buraxılan Rəsul Cəfərov deyib."Bu, dəhşətli mühit yaratdı. Həbs olunmayanlar və ya sorğulanmayanlar təşkilatı bağlamağa və ya layihələri dayandırmağa məcbur oldular. Çoxları işləməyə xaricə getməyə məcbur oldular", cənab Cəfərov söyləyib.Hesabatda Pakistan, Belarus, Səudiyyə Ərəbistanı, Misir, Macarıstan, Rusiya, ABŞ, Birləşmiş Krallıq, Avstraliya və bir çox digər ölkələrdə də QHT-lərə qarşı sərt qanunların tətbiq edildiyi və onların sıxışdırıldığı qeyd edilir.Azərbaycan rəsmiləri ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət göstərməsi üçün heç bir maneənin, məhdudlaşdırmanın olmadığını bəyan edirlər.

  • Yazılıb
  • da (də) 2019 Feb 23
  • Göndərən مدير سايت Aran News