Tarix : 2019 Feb 23
Kod 57698

Şeyx Sərdar Hacıhəsənli haqqında Vikipediya səhifəsi yaradılıb

Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli haqqında Vikipediya sosial şəbəkəsində Azərbaycan, Rus, İngilis, Ərəb və Fars dillərində səhifələr hazırlanıb.
Arannews-Maide.Az xəbər verir ki,  artıq Azərbaycan, Rus və Fars dillərində olan  məlumatlar Vikipediyaya yerləşdirilib. Məqalədə Sərdar Hacıhəsənlinin həyatı, təhsili və elmi əsərləri haqqında geniş məlumatlar öz əksini tapıb. Həmçinin  2017-ci ilin 22 fevral tarixində həbs olunan ruhaninin məhkəmə prosesi barəsində də əhatəli informasiya dərc olunub. Qeyd edək ki,  yaxın günlərdə məqalənin İngilis və Ərəb dillərinə tərcümə olunmuş  versiyaları  Vikipediyaya yerləşdiriləcək.


  • Yazılıb
  • da (də) 2019 Feb 23
  • Göndərən مدير سايت Aran News