Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli haqqında Vikipediya sosial şəbəkəsində Azərbaycan, Rus, İngilis, Ərəb və Fars dillərində səhifələr hazırlanıb.
Arannews-Maide.Az xəbər verir ki, artıq
Azərbaycan, Rus və
Fars dillərində olan məlumatlar Vikipediyaya yerləşdirilib.
Məqalədə Sərdar Hacıhəsənlinin həyatı, təhsili və elmi əsərləri haqqında geniş məlumatlar öz əksini tapıb. Həmçinin 2017-ci ilin 22 fevral tarixində həbs olunan ruhaninin məhkəmə prosesi barəsində də əhatəli informasiya dərc olunub. Qeyd edək ki, yaxın günlərdə məqalənin İngilis və Ərəb dillərinə tərcümə olunmuş versiyaları Vikipediyaya yerləşdiriləcək.