Tarix : 2019 Feb 23
Kod 57699

Qüds müftisi İslam dünyasına müraciət edib: Əqsa qarşısında vəzifənizi yerinə yetirin

"Müsəlman ümməti İsrailin Əqsa məscidinə qarşı davam etdirdiyi hücumlara görə səssiz qaldığı üçün uca Allah qarşısında cavab verəcək".
Arannews-Qüdsün və Fələstinin baş müftisi Şeyx Məhəmməd Hüseyn bəyan edib.Dünənki açıqlamasında Şeyx Hüseyn ərəb və müsəlman ölkələrin rəhbərlərinə səslənərək onları Əqsa məscidi qarşısındakı dini vəzifələrini yerinə yetirməyə çağırıb."Fələstin xalqı olaraq hamımız bir nəfər kimi, Əqsa məscidini qorumaq üçün mücadilə edirik və uca Allah belə bir ali vəzifə ilə bizi şərəfləndirdiyi müddətcə Əqsa məscidi uğrunda özümüzü fəda etməyə davam edəcəyik", - deyə o vurğulayıb.Xatırladaq ki, son günlər işğalçı İsrail rejim qüvvələri Əqsa məscidinə zorakı basqınları artırıb. Məscidin "Qızıl qapı" adlandırılan Bab əl-Rəhmət girişi də işğalçı rejim qüvvələri tərəfindən zəncirlənərək bağlanıb. Fələstin ictimaiyyət nümayəndələri işğalçı rejimin burada yəhudilər üçün sinaqoq tikməyə hazırlaşdığı barədə xəbərdarlıq ediblər.Felestin.info 

  • Yazılıb
  • da (də) 2019 Feb 23
  • Göndərən مدير سايت Aran News