Tarix : 2019 Feb 23
Kod 57701

''Yazmışdım ki, zindanlarda adamlara zülm eləməyin, ona görə döyürdülər''

Fevralın 22-də Bakı Apelyasiya Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının üzvü Bəxtiyar Bağırovun həbs qərarından verilən şikayətə baxılıb.
Arannews-Hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmədə B.Bağırov bildirib ki, onun 15 sutkalıq inzibati həbsi barədə Nərimanov Rayon Məhkəməsində 11 fevralda çıxarılan qərar da, "Gənclik" metrostansiyasının yanında söyüş söydüyünə görə saxlanması barədə yazılanlar da həqiqətəuyğun deyil.B.Bağırov bildirib ki, onu fevralın 6-da dostu ilə birlikdə olarkən DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları zorla maşına mindirib aparıblar. Sosial şəbəkələrdə yazdığı yazılara görə, Qobustan həbsxanasında işgəncələrin dayandırılması tələbinin səsləndirildiyi videomüraciətə görə idarədə işgəncələrə məruz qaldığını söyləyən B.Bağırov fevralın 12-nə qədər orada saxlandığını deyib:"Xüsusən birinci gün məni çox döydülər. Beş-altı nəfər üstümə tökülüb döyürdü. Mən nə yazmışdım ki? Yazmışam ki, zindanlarda adamlara zülm eləməyin".Hakim apelyasiya şikayətini təmin etməyib.B.Bağırovun yaxınları Meydan TV-yə deyib ki, bu işdən Avropa Məhkəməsinə şikayət göndəriləcək. Onların sözlərinə görə, B.Bağırov inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya köçürülənə qədər onu yeri barədə heç bir məlumat verilməyib:"Biz bir həftəyə yaxın məlumatsız qaldıq, bilmədik ki, bu adam hardadır, ölüb, yoxsa sağdır. Bircə onu bilirdik ki, dostuyla birlikdə olarkən mülki geyimli adamlar onu zorla maşına mindirib aparıblar".

  • Yazılıb
  • da (də) 2019 Feb 23
  • Göndərən مدير سايت Aran News