Tarix : 2019 Feb 24
Kod 57702

Lənkəran Dövlət Universitetinin tələbələri aksiya keçirib

Fevralın 23-də Lənkəran Dövlət Universitetinin tələbələri aksiya keçiriblər.

Arannews-Universitetin hər iki korpusunda çalışan tələbələr boykot edərək həyətə toplaşıblar. Bu barədə Meydan TV-yə universitetin tələbələri məlumat veriblər. Onların sözlərinə görə, aksiyaya səbəb dərsə tam hazırkən müəllimlərin tələbələrin qiymətini kəsməsidir.“Bir sıra dəyişikliklər edərək tələbələrin imtahana giriş balını yığmasını demək olar ki, mümkünsüz ediblər. Davamiyyət balının və sərbəst işlərin ləğvi semestr imtahanından keçməyi imkansızlaşdırıb. Bunu  müəllimlərin haqsızlığı kimi qiymətləndiririk,”- deyə tələbələr bildiriblər. Meydan TV məsələyə Lənkəran Dövlət Universitetindən münasibət öyrənə bilməyib.

  • Yazılıb
  • da (də) 2019 Feb 24
  • Göndərən مدير سايت Aran News