Tarix : 2019 Feb 24
Kod 57708

Qaşıqçının qətlini ört-basdır etmək olmaz

Türkiyə prezidenti dünən CNN Türk telekanalı ilə müsahibədə vurğulayıb ki, Ankara səud rejiminin tənqidçisi olmuş jurnalist Camal Qaşıqçının qətli işini izləməkdən əl çəkməyəcəkdir.

Arannews-Rəcəb Tayyıb Ərdoğan bildirib ki, bu cinayət Türkiyə ərazisində baş verib və Ankara onu izləyəcəkdir.“Qaşıqçının qətlini ört-basdır etmək olmaz” deyən Ərdoğan həmçinin soruşub: Əgər Ərəbistan vəliəhdi Muhəmməd bin Salman Qaşıqçının başına nə gəldiyini bilmirsə, bəs kim bilir?Səud rejimini tənqid edən Camal Qaşıqçı 2018-ci il oktybarın ikisində Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı.

Səud rejimi 18 gün sükutdan və təkzibdən sonra dünya ictimaiyyətinin təzyiqləri altında nəhayət  oktyabrın 19-da Qaçıqçının Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirdiyini etiraf və təsdiq etdi.

  • Yazılıb
  • da (də) 2019 Feb 24
  • Göndərən مدير سايت Aran News